SON XƏBƏRLƏR

Nüvə proqramına dair razılaşma dolaşığa düşüb

2021.10.20, 07:36
Nüvə proqramına dair razılaşma dolaşığa düşüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran BMT-nin nüvə agentliyinin uran zənginləşdirilməsinə dair təklifini qəbul etməyib və bunun əvəzinə öz təklifini irəli sürüb. İran televiziyası xəbər verib ki, İran öz anbarlarını təklif edildiyi kimi xaricə göndərmək əvəzinə uran almağı daha üstün tutur. Fransa bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyindən (BATENA) daxil olmuş təkliflərə müsbət münasibət göstərmir. ABŞ, Fransa və Rusiya arasında razılaşdırılmış müqavilə İranın nüvə proqramına dair narahatlıqlar nəticəsində yaranmışdı. BATENA İranın zənginləşdirdiyi uranın böyük bir hissəsinin Rusiya və Fransaya ixrac olunması və həmin ölkələrdə emal edilməsi təklifini vermişdi. Razılaşmaya əsasən, İran Tehrandakı tədqiqat reaktorunda işlətmək üçün kifayət qədər yanacaq ala biləcəkdi, amma bomba istehsal etmək üçün kifayət qədər uranı olmayacaqdı. Plan BMT, İran, Fransa, Rusiya və ABŞ arasında danışıqlardan sonra açıqlanmışdı. Oktyabrın 23-ü İranın verəcəyi cavab üçün son gün olaraq təyin edilmişdi. İran rəsmən heç bir cavab verməsə də, televiziya ilə yayımlanan bəyanatlar planın işləyəcəyini şübhə altına qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar