SON XƏBƏRLƏR

Qulamrza Əmanini itirdiyimiz günün il dönümüdür

2021.10.20, 07:36
Qulamrza Əmanini itirdiyimiz günün il dönümüdür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı Milli-mədəni fəallımızın 23 oktyabrda ölümünün birinci il dönümüdür. Azərbaycanlıların mədəni hüquqları uğrunda mübarizədə mühüm rolu olan Qulamrza Əmaninin il dödümü mərasimi Təbrizdə onun qəbri üstündə və Güney Azərbaycanın başqa şəhərlərində anım mərasimləri təşkil edilib. Əmani tələbə ikən İranda mədəni hüquqların müdafiəsi sahəsində geniş fəaliyyət göstərmişdi. O, İranda azərbaycanlı fəalların cavan nəslinin nümayəndəsi kimi tanınır. Onun və həmin nəslin başqa hərəkatçılarının fəaliyyəti dövründə İran azərbaycanlıları öz narahatlıqları və mədəni hüquqları barədə tələbləri ilə əlaqədar xəbərləri xaricdə yaymağa nail olmuş Azərbaycan Respublikası və Türkiyədəki təşkilatlarla əlaqələr yaratmağa başlamışdılar. Əmani göstərdiyi fəaliyyətlərə görə İranda dörd il həbsdə qalmış, azadlığa buraxılandan sonra da tez-tez nəzarət altına alınmışdır. Xatırladaq ki, Qulamrza Əmani bundan bir il əvvəl iki qardaşı ilə bir yerdə maşın qəzası nəticəsində dünyasını dəyişmişdi. Bir çox təşkilatlar isə onun ölümündə qəsd olduğunu iddia edirlər. Güney Azərbaycan Milli Hərəkatı əsasən bu versiyanın üzərində durur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar