SON XƏBƏRLƏR

Rusiya anlaşmaya rəğmən İrana “S-300” raketi satmir

2021.10.20, 07:36
Rusiya anlaşmaya rəğmən İrana “S-300” raketi satmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya-İran ikitərəfli raket satışı müqaviləsi hələ qüvvəyə minməyib və naməlum olan tarixə təxirə salınıb. Rusiya mətbuatının başqa bir xəbərinə əsasən Rusiya İrana raketdən müdafiə sistemi “S-300”lərin satışını dayandırıb. Tehranın ödəniş etməsinə baxmayaraq “S-300” raketdən müdafiə sistemləri ilə əlaqədar razılaşma təxirə salınıb. Rusiyalı və İranlı rəsmilər 1 milyard dollar dəyərindəki “S-300” raketdən müdafiə sistemi razılaşmasını 2 il əvvəl imzalamışdılar. Bu razılaşmalardan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvaya dəfələrlə çağırış edərək Tehrana raket satılmasından imtina etməsini istəmişdi. Çünki ABŞ və İsrail “S-300” raket müdafiə sistemlərinə sahib olacaq İranın hərbi gücünün gedərək artmasını istəmirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar