SON XƏBƏRLƏR

Uyğur lideri 9 uyğur türkünün edam olunduğunu bildirib

2021.10.20, 07:36
Uyğur lideri 9 uyğur türkünün edam olunduğunu bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Uyğurların sürgündəki lideri Rəbiyə Qədir, Çinin Doğu Türküstan (Sincan) bölgəsindəki hadisələrdən sonra 9 Uyğurun edam edildiyini bildirərək, Pekinlə görüşmə çağırışını təkrarladı. Çindəki millətlərin və qadınların həyat şərtləri mövzusunda Yaponiyada 10 gün davam edəcək bir silsilə konfransa qatılan Qədir AFP yə verdiyi reportajda, "edama məhkum edilən 11 Uyğurdan 9u edam edildi" dedi. Aldıqları məlumatlara görə, 5 İyul və 1 Oktyabr arasında 10 mindən çox Uyğurun nəzarətə alındığını və həps edildiyini deyən Rəbiyə Qədir, ancaq neçə adamın öldüyünü ya da öldürüldüyünü, neçə adamın hələ həbsxanada olduğunu kimsənin bilmədiyini qeyd etdi. Qədir, "Çin hökumətiylə danışmaq istəyirik" deyərək, bu istiqamətdə Çin hökumətinə bir məktub yazdığını ifadə etdi. Qədir, "Çin hökuməti bizə bir otonomi verməli, amma xalqımızı, təhsilimizi, dinimizi, ifadə azadlığımızı yox edir" dedi. Çin hökuməti dünən Qədirin Yaponiyaya ziyarətini etiraz etmişdi. Sincan mövqeləri, bir müddət əvvəl verdiqləri açıqlamada, özərk bölgənin paytaxtı Urumçini sarsıdan 5 İyuldakı hadisələrdən sonra 12 adamın edam cəzasına məhkum edildiyini bildirmişdi. Rəsmi balansa görə, hadisələrdə Müsəlman və Türk olan Uyğurların yaşadığı bölgədə başlıca azlıq olan Xanların əksəriyyətini meydana gətirdiyi 197 adam öldü. bu olanlarla yanaşı, mərkəzi New Yorkda olan İnsan Haqqları İzləmə Təşkilatı (Human Rights Watch-HRW), Sincan bölgəsində bu yay çıxan hadisələrdə, aralarında uşaqların da oluğu 43 adamın yoxa çıxdığını açıqladı. Bölgədə yaşayanların şahidliklərinə görə, paytaxt Urumçi yaxınındakı bütün səmtləri əhatə edən Çin mövqelərinin, hadisələr əsnasında evlərində tapılmayan və yara izi daşıyan bütün kişiləri həbs etdiyini ifadə edən HRWin açıqlamasında bir bölgə sakini, "Hər kəsə evlərindən çıxmalarını dedilər. Bütün qadın və yaşlıların bir divara, 12 elə 45 yaşındakı kişilərin də bir başqa divara düzülmələrini istədilər. Bəzi kişilər əlləri kürəklərində taxta çubuqlarla bağlı halda diz çökməyə, bəziləri də əlləri başlarında yerə yatmağa məcbur edildilər" dedi. HRW Asiya Bölde Direktoru Brad Adams, bu itkinlərin dünyanı idarə edən ölkələr arasında iştirak etmək istəyən bir ölkəyə yaraşmadığını ifadə edərək, ABŞ, AB və beynəlxalq cəmiyyəti, Sincanda itən bu şəxslərin başına nə gəldiyi mövzusunda açıq cavab verməsi üçün Çinə təzyiq etməyə çağırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar