SON XƏBƏRLƏR

əl-Baradeyi: İran təmsilçiləriylə danışıqlarda irəliləyiş əldə olunub

2021.10.20, 07:36
əl-Baradeyi: İran təmsilçiləriylə danışıqlarda irəliləyiş əldə olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl-Baradeyi təşkilatın Vyanadakı mərkəzi qərargahında jurnalistlərə açıqlamasında bildirib ki, İran təmsilçiləriylə danışıqlarda irəliləyiş əldə olunub. gələcək anlaşmanın tərəflər üçün böyük imkanlar açacağını vurğulayan Əl-Baradeyi bunun İranla Qərb dövlətləri arasında münasibətləri normallaşdıracağını deyib. İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı razılaşmanın məğzi ondan ibarətdir ki, İrana topladığı nüvə materiallarından yanacaq məqsədilə istifadə üçün iki mərhələdə yardım ediləcək. Əvvəlcə İranda təmizlənmiş uran Rusiyaya göndəriləcək və burda daha təkmil vəziyyətə gətiriləcək, ordan isə uran Fransaya göndəriləcək. Fransa İran uranını ABŞ texnologiyaları əsasında yanacaq materialları şəklində hazırlayacaq. Bu razılaşmayla bir tərəfdən İranın nüvə texnologiyalarının hərbi məqsədlə istifadəsinin qarşısı alınacaq, digər tərəfdən Tehran istədiyi qədər uranı üçüncü ölkələrin yardımı ilə yanacaq şəklinə gətirə biləcək. Razılaşmanı İran, Rusiya və Fransa hökumətləri təsdiqləməlidir. Hadisələrin bu istiqamətdə inkişafı ABŞ-ı da razı sala bilər. İran 1.5 ton təmizlənmiş urana malikdir. Mütəxəssislərin hesablamalarına görə, Tehrana urandan 116 kubmetr yanacaq hazırlamaq üçün 1200 kubmetr təmizlənməmiş uran lazım olacaq. Bu da İranda mövcud olan təmizlənməmiş uranın tam həcmidir. Odur ki, bu razılaşma təsdiqlənsə, İranın gizlicə nüvə silahı əldə etmək istədiyi haqda səslənən iddialar gündəlikdən çıxacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar