SON XƏBƏRLƏR

Ermənistan Türk dünyasının bətnində bir qarayaradır

2021.10.20, 07:36
Ermənistan Türk dünyasının bətnində bir qarayaradır

Gunaz.tv
Teyyub Qənioğlu: "Ermənistanın blokada şəraitində saxlanması, regional layihələrdən kənarda qalması davam edərsə, bu ölkənin mövcudluğu bir neçə ildən sonra sual altına düşəcək" "MDQB bəyanlayır ki, hakimiyyət xalqı məlum təhlükələrə qarşı səfərbər etmək üçün ciddi fəaliyyətə başlamalıdır" "Qərbdən ölkəmizə yönəlik təzyiqlərin qarşısında dayana biləcək yeganə qüvvə Azərbaycan xalqıdır" Dünən Milli-Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. İclasda ölkə üçün əhəmiyyətli sayılan məsələlər müzakirə olunub. Amma əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin indiki durumuna və Azərbaycana qarşı güclənəcək xarici təzyiqlərin neytrallaşdırılması yollarına yönəldilib. Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Xalq Cəbhəsi"nə toplantıda müzakirə olunmuş məsələlərlə bağlı ətraflı məlumat verdi: "Milli-Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısında ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Eyni zamanda, hazırda həm dostlarımızın, həm də, bədxahlarımızın diqqət mərkəzində olan Türkiyə ilə münasibətlərimizin mövcud durumu ətrafında da geniş fikir mübadiləsi aparılıb. Bilirsiniz ki, Azərbaycanın etirazlarına baxmayaraq, Türkiyə hökuməti Ermənistanla əməkdaşlıq protokollarını imzaladı və həmin sənədlər artıq Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim olunub. Bu protokolların imzalanmasıyla bağlı dəfələrlə bildirilib ki, o sənədlərin imzalanması Dağlıq Qarabağ münaqişəsinin həllini xeyli çətinləşdirəcək. Artıq bunun simptomları da görünür və xarici işlər naziri də öz çıxışında bildirdi ki, Ermənistan MDB-nin Kişinyov sammitində geriyə doğru addım atıb. Yəni bunun işartıları var. Türkiyə prezidentinin, baş nazirinin və xarici işlər nazirinin açıqlamalarında deyilir ki, proses heç bir halda ölkələrimiz üçün təhlükəli məcraya keçməyəcək. O zaman belə bir sual yaranır, əgər deyildiyi kimi, protokollar Türkiyə parlamentində təsdiqlənməyəcəksə, protokolların imzalanması nəyə lazım idi? Dünya düzənini müəyyənləşdirən dövlətlər Türkiyə ciddi təzyiq göstərirlər və sərhədlərin açılmasında israr edirlər. Hər kəsə bəllidir ki, Ermənistan dövlətini yaradanlar da ingilislərdir, amerikanlardır, ruslardır. Ermənistan Türk dünyasının bətnində bir qarayaradır. Aydındır ki, Ermənistanın indiki kimi, blokada şəraitində saxlanması, regional layihələrdən kşnarda qalması davam edərsə, bu ölkənin mövcudluğu bir neçə ildən sonra böyük sual altına düşəcək. Əslində isə Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətini yaradan beynəlxaplq güclər, xristian ölkələri onun belə bir aqibətdən xilas etməyə çalışırlar. Bunun səbəbləri məlumdur. Bizi düşündürən məqamsa başqadır, məgər türklər erməni xƏgər bilərəkdən bu addımları atırlarsa, onda bunun hansı zərurətdən irəli gəldiyi heç cür anlaşılmır. Türkiyənin belə bir addımından sonra beynəlxalq güclər Azərbaycanı da güzəştə getmək üçün təzyiq altında saxlayacaqlar. Bəs hadisələrin belə inkişafı bizlərə nə vəd edir? Yenə deyirəm, ermənilər qondarma "soyqırım" iddialarından, Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyiblərsə, türklərin nə marağı var ki, Ermənistanla belə münasibətlər qursun? Türkiyədə başa düşmürlərmi ki, ayrılıqda beynəlxalq güclərin təzyiqinə məruz qalacaq ölkələrimiz bundan çox şey itirəcəklər. Milli-Demokratik Qüvvələr Birliyi olaraq, hadisələrin belə inkişafından narahatlığımızı bildiririk və hesab edirik ki, bu gedişat faktiki itirilmiş Dağlıq Qarabağın həm də de-yure itirilməsilə nəticələnəcək. Biz təbii ki, Türkiyə rəhbəriyinin vədlərini unutmasaq da, daxilimizdə onlara qarşı bir inamsızlıq yaranıb. Bunun əksinə olaraq, çox ümidliyik ki, Türkiyə xalqı hökumətdən fərqli olaraq, proseslərin arzuolunmaz gedişinə imkan verməyəcək. Ən ağrıdıcı məqam budur ki, bədxahlarımız Türkiyə-Ermənistan münasibətlərinin qurulması prosesindən istifadə edərək, Azərbaycanla Türkiyənin münasibətlərində gərginlik yaranmasına nail olublar. Təəssüf ki, iki qardaş ölkənin hökumətləri arasında inamsızlıq yaranıb. Yaxşı ki, bu inamsızlıq heç olmasa, hələ ki, xalqlarımız arasında münasibətlərə təsir göstərə bilməyib. Təsəvvür edin ki, Bursada Azərbaycan bayrağına qarşı hörmətsizlik edilir, amma Türkiyənin Xarici İşlər Nazirliyi, başqa rəsmi qurumları bunun üstündən sükutla keçirlər. Yəni həmin xoşagəlməz hala görə yüngül üzrxahlıq da bildirmədilər. Bu, bizi çox düşündürür. Eyni zamanda, hesab edirik ki, Bakıda Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin üzərindəki Türkiyə bayrağının götürülməsi də yanlış addımdır. Düzdür, bu hərəkəti müvafiq qanunun tələbləri izah edirlər, amma heç olmasa, o abidənin üstündəki bayrağa toxunmaq lazım deyildi. Bu baxımdan, biz də o fikirdəyik ki, Milli Məclisdə xarici ölkələrin bayraqlarından istifadə məsələlərini tənzimləyən qanunda müəyyən dəyişikliklərin olunması haqda təkliflər əsaslıdır və onların nəzərə alınması vacibdir. Bir daha deyirəm, həmin abidənin üstündəki bayraq yerinə qaytarılmalıdır. Bilirsiniz ki, ABŞ dövlət katibinin müavininin köməkçisi Bakıya gəlir. Fikrimizcə, onun səfəri zamanı Azərbaycana müəyyən təzyiqlərin olunacağı istisna deyil. Həmin diplomat İrəvanda olarkən, Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda təqdirlə danışıb. Qərbdən ölkəmizə yönəlik təzyiqlərin qarşısında dayana biləcək yeganə qüvvə isə Azərbaycan xalqıdır. Ona görə də, hesab edirik ki, hakimiyyət xalqı məlum təhlükələrə qarşı səfərbər etmək məsələsində ciddi fəaliyyətə başlamalıdır. Yəni hökumətlərdən fərqli olaraq, xalqa təzyiq göstərmək mümkün deyil. Ona görə də, xalqın səfərbərliyi istiqamətində ciddi addımlar atılmalıdır. Əks halda, üzləşdiyimiz problemlər daha da dərinləşə bilər".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar