SON XƏBƏRLƏR

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 21-ci iclası keçirilir

2021.10.20, 07:36
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 21-ci iclası keçirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bakıda QİƏT ölkələrinin XİN şurasının iclası başlayıb. ANS PRESS-in toplantıda iştirak edən müxbirinin verdiyi məlumata görə, sammiti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıb və tədbir iştirakçılarını salamlayıb. Nazir Azərbaycanın iqtisadi inşikafı barədə məlumat verib. O qeyd edib ki, ölkədə yoxsulluq səviyyəsi azalıb, ümumdaxili məhsul artıb: "Şahdəniz yatağının ikinci fazasına 20 milyard dollar investisiya qoyulacağı gözlənilir. Enerji bazarında başqa, informasiya və elektrotexnika bazarının da inkişafına çalışırıq". Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iclasa gecikib. XİN rəhbəri heç bir açıqlama vermədən toplantının keçirildiyi zala daxil olub Xarici işlər nazirlərinin bu günkü toplantısında heç bir sənəd imzalanmayacaq. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, iclasda 6 aylıq yekunlar müzakirə ediləcək. İclas qapalı davam etdirilir. İclasda Bolqarıstan, Moldova, Albaniya xarici işlər nazirləri, Rusiya, Yunanıstan, Serbiya, Gürcüstan, Rumıniya, Ukrayna və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunurlar. Paralel olaraq Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr edilən görüş də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar