SON XƏBƏRLƏR

Ümid Şükri azadlığa buraxılıb

2021.10.20, 07:36
Ümid Şükri azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı jurnalist və fəal öyrənci Ümid Şükri 3 gün əvvəl azadlığa buraxılıb. Aldığımız məlumata görə o, 31 gün həbs olduqdan sonra 30 min dolları aşqın mülki girov qoyaraq Ərdəbil zindanından azadlığa buraxılıb. Şükrinin ailəsinə yaxın olanların verdiyi məlumata görə, Azərbaycanlı jurnalist sistemin əleyhinə olan qruplarla, əməkdaşlıqda ittiham olunur. Buna sənəd kimi isə məhkəmə tərəfindən Ərdəbil "piyam nur "universitetində "sayan" nəşriyəsinin buraxılışı, türk dilində SMS göndərmək və sözdə pantürkist adlandırdıqları şəxslərlə münasibət saxlamaq göstərilir. Şükri tutuqlanan zaman onun passportu İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb o üzdən jurnalistin İrandan heç yerə çixmaq imkanı yoxdur. Xatırladaq ki Ümid Şükri Ərdəbil "peyam nur” universitetinin "sayan" nəşriyəsinin sabiq müdiri, "İsna" və "miras xəbər" agentliklərinin müxbiridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar