SON XƏBƏRLƏR

Bir çıxışın tarixçəsi

2021.10.20, 07:36
 Bir çıxışın tarixçəsi

Gunaz.tv
"Hökumət iqtidara gəldiyi gündən bəri, xarici siyasətdə təslimçi bir mövqe tutmuşdur. Bu təslimçi mövqe içərisində hökumət təəssüf ki, bütün manevr imkanlarını itirmişdir. ...İsrail bölgədə necə bir aysberqdirsə, Ermənistanda elə bir aysberqdir. Bu gün bunu ciddi qəbul etmirsiniz, ancaq vaxt gələcək qarşımıza necə bir düşmən çıxartığınızı görəcəksiniz. Son olaraq bunu demək istəyirəm: Görün hökumət nə qədər təslimçi siyasət yürüdür ki, Ermənistan prezidenti Türkiyə prezidentinin cənazə mərasiminə qatılma cəsarətini göstəri. Çünki o sizin nə qədər öz mənfəətini güdən olduğunuzu, ortada Türkiyənin dövlət maraqları olan zaman qorxaq davranacağınızı, üzünüzün nə qədər yumuşaq olduğunu bildiyi üçün özündə cəsarət taparaq Türkiyəyə gəlib. Siz mənə elə bir ölkə göstərin ki, qardaşlarınız savaş halında olacaq, qardaşlarınız qətlediləcək və onlar qətl edilərkən, "Bunun səbəbkarı Türkiyədir" deyə iddialar irəli sürəcək, qardaşlarımız qətl edilərkən "Avropanın xəritələri bəllidir, yerinə oturmuşdur, fəqət Orta Şərqin və Asiyanın xəritələri son şəklini almayıb" deyə açıqlamalar verəcək, Qarsın Ermənistan torpağı olduğunu iddia edəcək, bütün bunlardan sonra o adam Türkiyəyə gələcək və siz də əlini sıxacaqsınız". ...Bu sözləri 16 il bundan öncə, 1993-cü il aprelin 13-də, Türkiyə Böyük Millət Məclisinin Genel Kurulunun (Rəyasət Heyətinin) toplantısında o zaman Nəcməddin Ərbakanın rəhbərlik etdiyi Rifah Partiyasını təmsil edən Abdulla Gül dilə gətirib. Ermənistanın indiki prezidenti Serj Sərkisyana kameralar qarşısında mehriban jestlər, yataq və yemək müsafirpərvərliyi nümayiş etdirən Türkiyənin mövcud dövlət başçısı Abdulla Gül vaxtilə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Türkiyənin mərhum prezidenti Turqut Özalın cənazə törəninə qatılmasına bu şəkildə etiraz etmişdi. Əcaba, görəsən bu 16 il ərzində nə dəyişib? Bəlkə Ermənistan Azərbaycan torpaqlarından geri çəkilib? Bəlkə uşaq qatili, Xocalı soyqırımının əsas ideoloqlarından, təşkilatçılarından və icraçılarından biri olan Serj Sərkisyan "ilmli dinçi"lər sayağı əlini sinəsinə qoyub tövbə etdiyini bildirib? Axı nə dəyişib bu 16 ildə? Nə prezident Abdulla Gül, nə də AKP iqtidarının digər rəsmiləri Türkiyə və Azərbaycan türklərini düşündürən, narahat edən bu sualların heç birinə aydınlıq gətirməyiblər. Qüsurlu müqayisə "Futbol diplomatiyası"nın başladığı ilk gündən Azərbaycan və Türkiyə ictimaiyyətini narahat edən, millətimizi üzüntü içərisində saxlayan olaylarla bağlı heç bir tutarlı, konkret faktlara söykənən açıqlama verməyən AKP iqtidarı baş verənlərin qarşılığında Qüzey Kıbrısla bağlı xatırlatmalarla yürüdülən yanlış siyasətin kompensasiyasına cəhd göstərir. Türkiyənin və Azərbaycanın ictimai rəyinə hesablanmış açıqlama ilə bu dəfə AKP hakimiyyətinin dövlət naziri Egemen Bağış çıxış edib: "Azərbaycan bu günə qədər Qüzey Kıbrıs Türk Cümhuriyyətini tanımadı, küsmədik. Avropa Şurası Parlament Assmbleyasında bizi bəzəq bilməyəpək tək buraxdılar, amma biz onları heç tək buraxmadıq. Ermənistanla aparılan danışıqlar prosesinin hər mərhələsində onları məlumatlandırdıq. Bu proses keçmişdə Azərbaycanın qorumağa çətinlik çəkdiyi Qarabağın işğalının ortadan qalxması üçün də böyük fürsətdir. İndi sanki şok yaşayıblarmış kimi davranmaları qonşuluğumuza da, qardaşlığımıza da yaraşmır. Bayraqların endirilməsinin, azanların kəsilməsinin, məscid qapılarına möhür vurulmasının, rusların Ukraynaya, Gürcüstana etdiyi sayaq qaz təhdidləri yağdırılmasının anlaşılması və Türkiyə ictimaiyyətinə izah olunması mümkün deyil. Əti dırnaqdan ayırmaq olmaz. Bizim azərbaycanlı qardaşlarımıza nə qədər ehtiyacımız varsa, onların da bizə o qədər ehtiyacımız var. Biz rəhmətlik Heydər Əliyevin dediyi kimi, "bir millət iki dövlətik" Yanlış hesabın haradan dönəcəyini yaxşı bilən millətik". Egemen Bağışın sonuncu ifadəsilə tamamilə şərikəm - Biz yanlış hesabın haradan və haraya dönəcəyini yaxşı bilirik. Ancaq AKP təmsilçisinin Qüzey Kıbrısla bağlı mülahizələrini bölüşmək olduqca çətindir. Çünki bunun qarşılığında sorulacaq sorular, ortaya qoyulacaq dəmir arqumentlər var. Küzey Kıbrısın tanınmasını istəyən AKP iqtidarı nədən "rəzalət"dən özgə adı olmayan "Anan planı"na dəstək verir və iflasa uğrayacağı öncədən bəlli olan bir layihənin həyata keçirilməsinə yol açırdı. Məgər Egemen Bağış Azərbaycanın Qüzey Kıbrısı tanıyacağı təqdirdə nələrin baş verə biləcəyini təxmin etmir? Bəlkə AKP hökuməti Qüzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağı təqdirdə Azərbaycana qarşı həyata keçirilən təzyiqlərin, iqtisadi-siyasi sanksiyaların, hətta separatçı Dağlıq Qarabağ rejiminin tanına bilməsi perspektivinin qarşısını kəsə biləcəkdi? Əgər AKP iqtidarı bu qədər bacarıqlıydısa nədən Şimalin Kiprin birtərəfli qaydada, vahid Kipr adı altında Avropa Birliyinə üzvlüyünün qarşısını almadı?! Yaxud "Annan planı"na "yox" deyən yunan Kiprinə qarşı BMT sanksiyalarının tətbiqinə nail ola bilmədi?! Egemen Bağışın Türkiyə bayrağı ilə bağlı fikirlərinə müsbət yanaşıram. Mənim qənaətimə görə, Türkiyə bayrağı "xarici dövlətin" atributu deyil, o həm də Azərbaycan türklərinin bayrağıdır. Lakin Türkiyədə Azərbaycan bayrağına qarşı edilən sayğısızlığı və bu sayğısızlığın müqabilində nümayiş olunan susqunluğu qəbul etmirəm. Hansı səbəblərdən Azərbaycan bayrağını aşağılamaq cəsarətində bulunan həmin o rəzil, şərəfsiz, namussuz polis əməkdaşları bu günədək cəzalandırılmayıb? AKP iqtidarının dövlət naziri "azanların kəsilməsindən, məscid qapılarına möhür vurulmasından" danışır... Bəs nə üçün işğal olunan Azərbaycan ərazilərində saysız-hesabsız məscidlərin, müqəddəs abidələrin vəhşicəsinə dağıdılması, təhqir edilməsi prosesinə bilavasitə rəhbərlik edən Serj Sərkisyana qucaq açanlara etirazını bildirmir? Birdəki indi xilafət dövrü deyil. Xəlifəlik iddiasına düşənlər də ABŞ-dan idarə olunan layihələrin "islam təəssübkeşliyi" adı altında icrasına son qoysalar daha yaxşı olardı. Egemen Bağışın təbii qazla bağlı söylədiklərinə gəldikdə isə... buna ən azı təəssüflənirəm. Maraqlıdır, görəsən Azərbaycanın zəngin enerji ehtiyatları olmasaydı AKP iqtidarı bizimlə necə davranardı? Deməli, torpaqlarının 20 faizi işğal altında olan, Ermənistanın təcavüzü nəticəsində öz döğma evlərindən didərgin düşmüş bir milyon insanın problemlərilə qarşı-qarşıya qalan Azərbaycan təbii qazı AKP görəvlilərinə gerçək dəyərindən 3 dəfə aşağı qiymətə satanda yaxşı olur, dünyanı başına götürən maliyyə böhranını, neftin qiymətinin aşağı düşməsini nəzərə alaraq, real bazar qiymətlərindən söhbət açanda isə pis... Söz və əməl Türkiyə prezidenti Abdulla Gül yenə də Türkiyə-Ermənistan arasında münasibətlərin normalaşmasının Qarabağ probleminin həllində əks olunacağını bildirir və bunu "görəcəksiniz" deyir. Görünən isə imzalanmış Türkiyə-Ermənistan protokolları və ikrah doğuran "futbol diplomatiyası"dır. Abdulla Gül deyir: "Qarabağ problemi illərdir tərk edilmiş bir mövzu idi. Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırma müddəti Azərbaycanın bu böyük məsələsini dünyanın ən əhəmiyyətli, birinci məsələlərindən bir halına gətirib. ...Bu mövzuda əhəmiyyətli inkişaf var. Bu münaqişə ABŞ və Rusiyanın əks fikirdə olmadığı, iki ölkənin də eyni istiqamətdə düşündüyü nadir problemlərdən biridir". ...ABŞ və Rusiyanın nə düşündüyü və nə istədiyi bəllidir. Nə Vaşinqton, nə də Moskva Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında maraqlı görünmürlər. Bunu hər iki ölkə rəsmilərinin, adıçəkilən dövlətləri ATƏT-in Minsk qrupunda təmsil edən diplomatların açıqlamaları da sübuta yetirir. Qısa bir zaman öncə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verən ölkələrdən ədalət gözləmək ən azı sadəlöhvlük olardı. Kimlərsə Azərbaycan torpaqlarının itirilməsi hesabına hansısa absurd sülhə və sabitliyə nail olacaqlarını düşünürlərsə, kökündən yanılırlar. Ola bilsin, kimlərsə Orxan Pamukun ədəbiyyatda sərgilədiyi ənənəsini siyasət meydanında davam etdirmək, Türk millətinin maraqları üzərindən "Nobel" sülh mükafatına sahiblənmək niyyətindədir. Bu iddialara düşənlərə, "qapısı möhürlənmiş" məscidlər haqqında bəyanatlar verənlərə isə, sadəcə Ozan Arifin "Ya Qarabağ, ya ölüm" şeirini xatırlatmaq istəyirəm: Mən zatən ermənini hallarından tanırım, Min doqquz yüz on səkkiz illərindən tanırım, Qanıma batırdığı əllərindən tanırım, Şərt oldu o əlləri kökündən qırmaq artıq! Ya Qarabağ, ya ölüm! Başqa yolu yox artıq! Dünyanı qandırır bax, erməni lobbiləri, Amerika, Moskva ən böyük abiləri, Legionerlər yığır Fransa kimileri Ankara da bu qədər olamaz ... artık! Ya Qarabağ, ya ölüm! Başqa yolu yox artıq! Gənc, ixtiyar, qadın, qız, demədən qıyılmaqda Qolları kəsilməkdə, gözləri oyulmaqda, Dalğa-dalğa səmaya fəryadlar yayılmaqda Bir şəhidin məzarı bir dənədən çox artıq! Ya Qarabağ, ya ölüm! Başqa yolu yox artıq! Televizyon veriyor, verincə bakılıyor, O MÜBARƏK MƏSCİDLƏR, CAMİLƏR YIKILIYOR! Süfrədə boğazıma loxmalar takılıyor, Qardaşlarım ölürkən mənə həyat yük artıq! Ya Qarabağ, ya ölüm! Başqa yolu yox artıq! Murad Yenigün

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar