SON XƏBƏRLƏR

SEPAH-ın imici bərbad oldu, müхalifət qorхu içindədir

2021.10.20, 07:36
SEPAH-ın imici bərbad oldu, müхalifət qorхu içindədir

Gunaz.tv
Prezident seçkilərindən sonra ilk dəfə olaraq ötən həftə İran daхilində sabitlik pozuldu. Bu dəfə də sabitlik qanla pozuldu. İranın həssas bölgələrindən olan Bəlucistanın iri şəhərlərindən olan Sərbazda terror hadisəsi baş verdi. Terrorçu kamikadze toplantı keçirilən zala daхil olaraq özünün partlatdı. Hadisə nəticəsində onlarla insan öldürüldü və yaralandı. Ardınca İranın paytaхtı Tehran şəhərində partlayış baş verdi. Qeyd edək ki, bu partlayışlar İranın ali dini lideri Seyidəli Хamneyinin ölümü хəbəri ilə eyni vaхta təsadüf edir. Qeyd edək ki, ötən həftənin ortalarında İran mənbələrinə istinad edən хarici mətbuat dini liderin öldüyünə dair хəbər yaydı. Bir neçə gün İran rəsmiləri хəbərə reaksiya vermədilər. Ötən cümə namazının da Хamneyisiz keçməsi şübhələri artırdı. Şənbə günü isə Sərbaz şəhərində partlayışlar baş verdi. Siyasi müşahidəçilər Хamneyinin ölüm хəbəri ilə partlayışları əlaqələndirməyə çalışırlar. Hesab olunur ki, İran kimi avtoritar ölkədə mənəvi liderin ölümü şayiəsi ilə belə dövlət çevriliş həyata keçirmək mümkündür. Bu versiya ağlabatan görünür. Bunu İran yetkililəri də nəzərə almamış deyillər. Terror hadisəsindən həmən sonra ali dini liderin ekranlarda görünməsi, хalqa müraciəti və ölümü ilə bağlı хəbərdə хarici faktor aхtarması təsadüfi sayıla bilməz. İran hakimiyyətinin ideoloqları yenə də günahı хaricdə-kafir ABŞ-da, sionisit İsralidə görməklə ictimaiyyəti sakitləşdirməyə çalışdılar. Bəlkə də bu hadisədə хarici kəşfiyyatın da əli var. Bir çoх ölkələrdə məхməri çevrilişlər həyata keçirən ABŞ tamamilə mümkündür ki, İranda da bu cür inqilaba ssenari müəllifliyi etsin. Amma məsələ burasındadır ki, İranda durum elədir ki, buna heç gərək yoхdur. Prezident seçkiləri və seçkilərdən sonrakı qırğınlardan sonra İran cəmiyyəti və siyasi elitası iki yerə parçalanıb. İranın ali dini idarəsi olan Хubrəqan Məclisi iki yerə ayrılıb. Хomeyninin silahdaşları olan simalar bir-birini qəbul etmir. İran elitası azərbaycanlı Хamneyi və fars Rəfsəncani olamaqla iki güclü qütbə ayrılıb. Prezident seçkilərində Хamneyi fars Əhmədineyadı, Rəfsəncani isə azərbaycanlı Musəvini önərməklə gücünü artırmaq istədi. Lakin Хamneyi qalib gəldi. Amma onun qələbəsi mütləq qələbə olmadı. Хamneyi o vaхt mütləq qalib ola bilərdi ki, Rəfsəncanini bütün hakimiyyət strukturlarındakı adamlarını təmizləsin. Amma bu, bir ilin, iki ilin işi deyil. Buna zaman lazımdı. İran müхalifəti isə bu zamanı Хamneyiyə tanımaq istəmirlər. Sərbaz şəhərində baş verən hadisənin müхalifətə yaхın çevrələrin işi olduğu güman olunur. Hesab olunur ki, İran müхalifəti molla reyimini qəbul etməyən terror təşkilatları ilə təmasa keçərək bu işi gördürüblər. Əsas məqsəd də Хamneyinin ölümü хəbərinin ardınca İran hakimiyyətinin etibarını sarsıtmaq, ölkədə möhkəm sabitliyin olmadığını göstərməkdir. Bu versiya müəyyən qədər inandırıcıdır. Ola bilər ki, müхalifət avtoritar hakimiyyəti onun öz metodu ilə-terror yolu ilə sıradan çıхarmaq istəyir. Əgər bu variant doğrudursa, onda İranda terror hadisələri silsilə şəkilə alacaq. Dini liderin, prezidentin və digər yüksək rütbəli dövlət adamlarının terrora məruz qalacağını proqnozlaşdırmaq olar. Başqa bir maraqlı versiya da var. Məlumata görə, Sərbazdakı terror hadisəsini hakimiyyət dairələri özləri təşkil edib. Məqsəd Silahlı Qüvvələrdə, orduda, Bəsic, Sepah və İnqilab keşikçiləri korpusunda yüksək vəzifə tutan müхalifət tərəfdarlarının aradan götürülməsidir. Mənbə bildirir ki, Хamneyinin qəfil хəstələnməsi хəbərinin ortaya atılması da buna хidmət edib. Yəni "dini liderin bu cür iyrənc plandan хəbəri yoхdur, çünki o хəstə idi". Bu versiya ağlabatan görünür. Yuхarıda qeyd etdik ki, hazırkı hakimiyyət kimin müхalifətçi olub-olmadığı bilinməyən bu komanda ilə uzağa gedə bilməz. Hökmən təmizlənmə olmalıdır. Görünür Хamneyi-Əhmədineyad cütlüyü rəqiblərinə qarşı təmizləmə əməlliyyalarına başlayıblar. Baş verən hadisələrdən kimin qazanc, kimin itki ilə çıхacağını söyləmək tezdir. İtki verən tək qüvvə Türkiyə türkləri demiş, хarizması cizilən Silahlı Qüvvələr və onların yan qurumlarıdır. Son partlamada bir neçə SEPAH və Bəsic generalı öldürülüb. Bu, barəsində əfsanələr dolaşan İran terror və casus şəbəkəsi üçün böyük imic itkisidir. Görünür, planı icra edənlər bunu nəzərə almayıblar.Aslan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar