SON XƏBƏRLƏR

APOnun sözü yerə düşmədi

2021.10.20, 07:36
APOnun sözü yerə düşmədi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, təslim olmuş 34 PKK-çıdan 29-u terrorist başı Abdulla Öcalanın çağırışı ilə dər hal azadlığa buraxılıb. APA Türkiyə mətbuatına istinadən yazır ki oktyabrın 19-da terror təşkilatının İraqın şimalında yerləşən Qəndil dağındakı bazasından və Mahmur düşərgəsindən gələn 34 PKK üzvü Türkiyə-İraq sərhədində təhlükəsizlik qüvvələrinə təslim olub. Diyarbəkirə aparılan bu şəxslər, 4 prokuror tərəfindən dindirilib. Dindirmədən sonra 5 terrorçu məhkəməyə göndərilib. 4-ü uşaq olmaqla 29 nəfər isə azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar