SON XƏBƏRLƏR

bu gün Protokollar Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək

2021.10.20, 07:36
bu gün Protokollar Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılmasını nəzərdə tutan protokol bu gün Böyük Millət Məclisində müzakirə ediləcək. İclasın əvvəlində sənədlə bağlı xarici işlər naziri Əhməd Davudoğluının çıxışı olacaq. Dünən keçrilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsinə toxunulub. İclas 8 saata yaxın davam edib. Axşam saatlarında başa çatan iclasda daxili və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunub. Əsas diqqət yetrilən isə kürd, erməni münasibətləri və terrorla mübarizə məsələləri olub. Türkiyə-Ermənistan sərhədlərinin açılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılması mövzuları daha çox müzakirə edilib. İclasdan sonra elan olunmuş yazılı bəyanatda Cənubi Qafqazda sabitliyin yaranmasında Türkiyənin maraqlı olduğu qeyd edilib. Həmçinin Ankara və İrəvan arasındakı yaxınlaşmanın Azərbaycan və Ermənistan arasındakı problemlərin həllinə yardımçı olacağı vurğulanıb. Sondan regionda sabitlik və təhlükəsizlik üçün Türkiyənin öz aktiv fəaliyyətini davam etdirəcəyi yazılıb. Oktyabrın 10-da Ankara və İrəvan arasında imzalanmış protokol Türkiyə Böyük Millət Məclisində bu gün müzakirəyə çıxarılacaq. Xarici işlər naziri Əhməd Davudoğlu iki ölkə münasibətləri məsələsində parlamenti məlumatlandıracaq. Məlumatlandırma prosesindən sonra məclisdə müzakirələr başlayacaq. Türkiyə parlamentinə daxil olan siyasi partiyalar da bu barədə fikirlərini səsləndirəcək. Ermənistanla yaxınlaşma nəticəsində Bakıyla münasibətlərində sərinlik yaranan rəsmi Ankara diplomatik fəallığını artırıb. Bununla bağlı oktyabırn 25-28-də Türkiyə parlamentinin nümayəndələri Bakıya səfərə gələcək. Nümayəndə heyətinə Türkiyənin hakim partiyasının deputatlarıyla yanaşı Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının üzvləri də daxildir. Ancaq hər üç siyasi partiyanın üzvləri Azərbaycana səfərini ayrı-ayrılıqda reallaşdıracaq. Türkiyəli deputatların əsas məqsədi sərhədlərin açılması ilə bağlı rəsmi Bakının narahatçılığını aradan qaldırmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar