SON XƏBƏRLƏR

Ziyafət Əsgərov: “İmzala, get” deməyi bacarırlarsa, deməli, “Qoşunlarını Qarabağdan çək” də deyə bilərlər”

2021.10.20, 07:36
Ziyafət Əsgərov: “İmzala, get” deməyi bacarırlarsa, deməli, “Qoşunlarını Qarabağdan çək” də deyə bilərlər”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Milli Məclisin (MM) birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki “Əgər Ermənistanın xarici işlər nazirinə “İmzala, get” deməyi bacarırlarsa, deməli, “Qoşunlarını Qarabağdan çək” deyə də bilərlər”. O əlavə edib ki “İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması zamanı baş verənlər göstərdi ki, həmsədrlər istəsələr, Ermənistana təzyiq edə bilərlər”. Ziyafət Əsgərov sözlərinin dəvamında əlavə edib ki “bizim imzalanan protokollarla bağlı narahatlığımız həm də Türkiyəyə görədir. Biz erməniləri çox yaxşı tanıyırıq. Onlar protokollar qüvvəyə minəndən sonra gəlib Türkiyədə yerləşəcəklər, oranın Ermənistan ərazisi olduğunu iddia edəcəklər. Biz istəyirik ki, Türkiyə bunları bilsin. Sərkisyan Ermənistanda oturub deyir ki, Ermənistanın paytaxtı Türkiyədədir”. MM sədrinin birinci müavini böyük dövlətlərin dördlü standartlarla işlədiyini vurğulayıb: “Onların davranışları tərbiyəli, beynəlxalq hüquqa hörmətə söykənməlidir. Biz də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təzyiq etməliyik. Həmsədrlər istəsələr Ermənistana asanlıqla təzyiq edə bilərlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar