SON XƏBƏRLƏR

Makılı milli-mədəni fəal Əli Hüseynnəjad tutuqlanıb

2021.10.20, 07:36
Makılı milli-mədəni fəal Əli Hüseynnəjad tutuqlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, yenicə zindandan keçici olaraq azadlığa buraxılmış Makılı Əli Hüseynnəjad bir daha ETTELAAT (İranın Kəşfiyat Nazirliyi) məmurları tərəfindən tutuqlananıb. ETTELAAT tərəfindən saxlanılması anlaşılan milli-mədəni fəalın saxlanıldığı yer haqqında ikinci xəbər ondan ibarətdir ki Hüseynnəjad 10 gün əvvəl Makıdən Urmiyə ETTELAATına köçürülüb və hal hazırda Urmiyə ETTELAATında saxlanılır. Hüseynnəjadın ailəsinə yaxın mənbələr bildiriblər ki sentyabr ayının 26-da ETTELAAT məmurları adı gedən soydaşımızın mağazasına müraciət edib və onu ETTELAATa aparıblar. Bununla birlikdə ETTELAAT məmurları onun şəxsi evinə gedib orda yoxlama aparıblar. Yoxlamadan sonra milli-mədəni fəalımızın bir sıra şəxsi əşyalarını, kompüterini bir neçə CD ilə birlikdə özləri ilə götürüblər. Bu müddətdə Hüseynnəjad ailəsi ilə heç bir əlaqə saxlaya bilməyib. Bununla bərabər o, hüquqlarını müdafiə edən vəkil hüququndan da məhrumdur. Qeyd edək ki Əli Hüseynnəjad 2006-ci il 22 may hərəkatında da tutuqlanıb və zindana məhkum edilənlər siyahisi içində olub. o günümüzə qədər dəfələrlə rəsmi məhkəmə tərəfindən aylarla zindana məhkum edilib. hələki normal hayata dönə bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar