SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan münasibətlərindəki irəliləyiş Azərbaycan-Türkiyə strateji münasibətlərinə ciddi zərər verir

2021.10.20, 07:36
Türkiyə-Ermənistan münasibətlərindəki irəliləyiş Azərbaycan-Türkiyə strateji münasibətlərinə ciddi zərər verir

Gunaz.tv
Oktyabrın 10-da Türkiyə-Ermənistan münasibətlərində mühüm bir mərhələ keçildi. İki ölkə arasındakı mçünasibətləri tənzimləyəcək olan protokollar Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistan xarici işlər naziri Eduard Nalbandyan arasında ABŞ, Rusiya, Avropa Birliyi (AB-ni xarici əlaqələr komisarı təmsil edib), Fransa və İsveçrə xarici işlər nazirinin iştirakı ilə imzalandı. İmzalama mərasimində ABŞ, Rusiya və Fransanın iştirakında Türkiyənin maraqlı olduğu, bunu birinci səbəbinin prosesin davamını təmin etmək olduğu bildirilməkdədir. İkincisi, Türkiyə Minsk Qrupunun həmsədrləri olan bu ölkələri dəvət edərək prosesin Qarabağ müzakirələrindən asılı olduğu məsajını da vermək istədi. Ermənistanın isə Avropa Birliyi dəvət edilməsində maraqlı olaraq imza mərasimində Qarabağ məsajının verilməsinə mane olmağı amacladığı iddia edilməkdədir. İsveçrə isə vasitəçi və ev sahibi kimi prosesdə yer aldı. İmzalama mərasimindən əvvəl böhran baş verdi. Türk mənbələr hadisəni və həllini belə izah edir: İmza mərasimindən əvvəl Ermənilər imzadan sonra Türkiyə tərəfinin açıqlamasını görmək istəyiblər. Türkiyə də Ermənistanın açıqlamasını görmək şərti ilə buna razılıq verib. Ermənilər Türkiyənin açıqlamasındakı “Qafqazda geniş miqyaslı sabitlik” sözlərinə “proses Qarabağla əlaqələndirilir” deyə etiraz ediblər. Türkiyə isə Ermənistanın açıqlamasından “ön şərt olmadan” sözünün çıxardılmasını istəyib. İki tərəf arasında çıxan problem ABŞ-ın vasitəşiliyi ilə həll edilməyə çalışılıb. Sonunda İsveçrənin (bəzi mənbələrə görə Türkiyənin) təklifi ilə protokolların imzalanmasında sonra bəyanat verilməməsi razılaşdırılıb. Bir iddiaya görə, Nalbadyan mütləq açılama vermək istəyirmiş, amma ABŞ xarici işlər naziri mane olub. Nalbadyanın imza mərasimindəki gərginliyi bununla izah edilməkdədir. Böhran prosesində Klintonun prezident Obama ilə telefonla danışdığı, onun da Sarkisyana zəng etdiyi güman edilir. Bu arada Rus mənbələri protokolların imzalanmasında əsas amilin Rusiya olduğu və problemin Lavrovun Nalbadyana göndərdiyi bir məsajla həll olduğu bildiriblər. Digət tərəfdən Ermənistan tərəfinin daxildəki etirazları diqqətə alaraq planlı bir böhran çıxararaq imzanın siyasi maliyyətini azaltmaq istəmiş ola biləcəyi də güman edilməkdədir. Protokollar imzalandıqdan sonra Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair fəaliyyətlər daha da güclənib. Xüsusən Oktyabrın 14-də Türkiyə-Ermənistan futbol oyunu bu çərçivədə mühüm mərhələni təşkil edib. Belə ki, Ermənsitan prezidenti Gülün oyuna baxma təklifi qəbul edərək Bursadakı oyuna gəlib. Sarkisyan və digər Erməni rəsmiləri səfər ərəfəsində və səfər sırasında Türkiyə ilə sərhədin açıqlamasında maraqlı olduqlarını və protokolların Ermənistan parlamentdə təsdiq ediləcəyi məsajinı veriblər. Bu arada Erministan biznesmənləri İstanbula gələrək Türkiyə büyük biznesmənlərinin meydana gətirdiyi təşkilatlardan olan TUSİAD-la müzakirələr aparıblar. Müzakirələrdə iki ölkə arasında ticarət əlaqələrinin daha da gücləndirilməsi müzakirə edilib. Hər nə qədər Türk rəsmiləri Ermənistanla münasibətlərin normallaşması prosesinin Azərbaycanla münasibətlərə xələl gətirməyəcəyini və Qarabağ müzakirələrinə fayda verəcəyini vurğulasalar da imzadan sonrakı bir necə gündə baş verən hadisələr bunun tərsinin olma ehtimalını gücləndirməkdədir. Belə ki, Ermənistan prezidenti Türkiyə səfərinin daha əvvəl nəzərdə tutulan İstanbuldakı ziyafət hissəsini ləğv edib. Xatırladaq ki, proqramın bu hissəsində Türkiyə prezident Gülün Qarabağ problemini gündəmə gətirməsi planlanmaqdaydı. Yenə Bursada futbol oyununda Azərbaycan bayrağının qadağan ediməsi iki strateji müttəfiq arasındakı münasibətlərə ciddi zərər verməyə başlayıb. Rəsmi Bakının bayrağa hörmətsizlik kimi qiymətləndirdiyi bu hadisəyə rəsmi nota ilə etiraz etməsi və bunun Azərbaycandakı Türk şəhidliyində Türk bayraqlarının endirilməsi ilə müşayiət ediməsi münasibətlərdəki narazılığın güclənmə ehtimalından xəbər verir. Yenə Azərbyacanın Türkiyəyə satdığı təbii qazın qiymətinin yüksəlmə ehtimalının gedərək gücləndiyi müşahidə ediməkdədir. Bu arada Azərbyacan millətvəkillərinin Türkiyəyə səfər edərək Ermənistanın Qrabaş müzakirələrindəki mövqeyini yumşatmadan protokollarin qəbul edilməməsi istiqamətində Türkiyə rəsmiləri ilə görüşləri də diqqəti cəlb edən məqamlardan oldu. Ancaq görüşlərin Sarksiyansın Türkiyə səfəri sırasında həyata keçməsi məqsədin nisbətən kölgədə qalmasına səbəb oldu. Bir sözlə Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşdırma cəhdləri bir yandan rəsmi İrəvanın Qarabağ müzakirələrində manevr imkanını gücləndirməkdə, digər yandan Azərbycan-Türkiyə münasibətlərinin strateji xarakterini risq altına almağa başlamışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar