SON XƏBƏRLƏR

34 PKK üzvü təslim olur

2021.10.20, 07:36
34 PKK üzvü təslim olur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün 34 PKK üzvü Türk dövlətinə təslim olacaq. Onların 8 nəfəri PKK-nın dağ qrupuna daxildir, 4-ü uşaq olmaqla, 26 nəfər isə Mahmur düşərgəsindən gəlir. PKK üzvləri Şimali İraqdakı Xəlil İbrahim sərhəd-keçid məntəqəsində açıqlama verdikdən sonra Türkiyəyə keçəcəklər. Diyarbəkirdən gələn prokuror Habur sərhəd-keçid məntəqəsində bu insanların ifadəsini alacaq. Silopi bələdiyyəsi tərəfindən isə Habur sərhəd-keçid məntəqəsindən 1 kilometr uzaqlıqda gələnlər üçün çadır qurulub. Bu gün DTP sədri Əhməd Türk də gələn PKK-çılarla bağlı mətbuat konfransı keçirəcək. Onları DTP millət vəkilləri başda olmaqla, bir qrup qarşılayacaq. Əhməd Türk gələn PKK-çılara münasibətin hökumətin kürd açılımında nə qədər səmimi olduğunu təsdiqləyəcəyini bəyanlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar