SON XƏBƏRLƏR

İsrail niyə gözləyə bilməz?

2021.10.20, 07:36
İsrail niyə gözləyə bilməz?

Gunaz.tv
İran nüvə silahına sahib olarsa, yəhudilərin 1/3 hissəsi məhv ola bilər Amerikalı hərbi-siyasi ekspert Cereme Korsi 3 həftəlik İsrail səfəri, burada baş nazir Netanyahu və kəşfiyyat rəsmiləri ilə keçirdiyi görüşlərini yekunlaşdırdıqdan sonra “Why Israel Can't Wait?” (“İsrail niyə gözləyə bilməz?”) adlı kitab yazıb. SİA-nın məlumatına görə, Təl-Əvivin strateji planlarını açıqlayan müəllifin gəldiyi nəticə isə bölgə üçün ciddi təhlükələrdən xəbər verir. Müəllifin yazdığına görə, İsrail İranın nüvə silahına sahib olmasını özünün məhvi kimi qəbul edir və bu səbəbdən bütün vasitələrdən istifadə edərək Tehranın məqsədinə çatmasına imkan verməməyə çalışır. Beynəlxalq birliyin dəstək verməyəcəyi halda belə İsrailin təkbaşına İranı bombalayacağını və bu tarixin 2009-cu ilin sonu, yaxud 2010-cu ilin əvvəlində başlayacağını yazan müəllifin sözlərinə görə, Təl-Əvivin məqsədi İranın nüvə sistemini tamamilə məhv etməkdir. “Təl-Əvivin hesablamalarına əsasən, İran nüvə silahına sahib olarsa, yəhudilərin 1/3 hissəsi məhv ola bilər. Odur ki, İsrail xalqı Hitler qarşısında səssiz qalaraq, verdikləri qurbanların təkrarlanmasından qorxur. Nəhayət, Təl-Əviv belə bir təhlükənin reallaşmaması üçün İrana qarşı preventiv zərbə planı hazırlayıb ki, bu plan hava və sualtı olmaqla iki hissədən ibarətdir”, - deyən Korsinin sözlərinə görə, hava hücumu üçün İsrailin imkanları məhduddur. Müəllifin yazdığına görə, İrana havadan zərbə planı 3 fərqli istiqamətdən həyata keçirilə bilər: 1. İordaniya – Səudiyyə Ərəbistanı – İran körfəzi 2. İordaniya – İraq 3. Türkiyə Kitabda Türkiyə xətti hallandırılmasa da, yəhudi hərbi ekspertlərinin fikrincə, İsrail qırıcılarının İrana zərbə endirməsi və nüvə sisteminin məhv edilməsi üçün Türkiyə-Suriya xətti daha məqsədəuyğundur. Qeyd olunur ki, İsrail 2007-ci ildə Suriyanın Dayr əz-Zavr hərbi sistemini məhv etdiyi kimi, ən azı 70 qırıcı təyyarə vasitəsilə İranın radarlarını sıradan çıxarmalıdır. Lakin bu məqamda ortada çıxılmaz vəziyyət yaranır. Son günlərədək çox yaxın olan Türkiyə-İsrail münasibətləri zəmnində yəhudi ekspertlər hesab edirdilər ki, Ankara İsrail hərbi təyyarələrinin ölkədən keçməsini etiraz etməz və türk radarları qırıcıların gəlişini “dostcasına” qarşılayar. Amma Ankara - Təl-Əviv münasibətlərindəki son 15 ilin ən gərgin mərhələsi yaşanan indiki məqamda İsrailin bu planı sual altında qalır. Xüsusilə Təl-Təviv baş nazir Ərdoğanın anti-İsrail çıxışlarını və BMT tribunasından “İranın nüvə fəaliyyətini gündəmə gətirənlər İsrailin malik olduğu nüvə silahlarını niyə gündəmə gətirmirlər?” bəyanını gözardı edə bilmir. Habelə, son günlərdəki böhrana səbəb olan “Anadolu Qartalı” təlimlərindən İsrail nümayəndələrinin uzaqlaşdırılması yəhudilərin diqqətindən qaça bilməz. Nəhayət, TRT kanalında yayımlanması ilə Təl-Əvivin səbrini daşıran “Ayrılık” serialı düşüncələrdə gizlənən qorxunun üzə çıxmasına təkan verdi. Beləliklə, ekspertlərin zənincə, “Ayrılık” serialı bəhanədir, arada gerçək ayrılıq qorxusu var… .sia

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar