SON XƏBƏRLƏR

Bəlucistan əyalətində ölənlərin sayı artaraq 49-a çatıb

2021.10.20, 07:36
Bəlucistan əyalətində ölənlərin sayı artaraq 49-a çatıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın cənub-şərqində yerləşən Sərbaz şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı artaraq 49 nəfərə çatıb. BBC-nin verdiyi xəbərə görə isə, hadisəyə görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Başqa bir məlumata görə, Sərbaz şəhərində İranın sunni- şiə icmalarının birgə konfransı keçirildiyi vaxt baş verən hadisəyə görə «Cünd Alla» qruplaşması məsuliyyəti üzərinə götürsə də, rəsmi Tehran Böyük Britaniya və ABŞ-ı ittiham edib. İran parlamentinin psikeri Əli Larincani öz çıxışında hətta belə sözləri deyib: “Bu terror aktı Amerikanın bizim ölkəyə qarşı düşmənçiliyidir”. Birləşmiş Ştatlar və Krallığın buna cavabı isə çox gecikməyib. İran həmçinin Pakistanla sərhəd qapısını bağlayıb. Bununla bağlı İranın Pakistandakı nümayəndəsidə geri çağrılıb. Qeyd edək ki Terror qurbanları arasında İslam İnqilabı Keşikçiləri Qvardiyasının bir neçə yüksək vəzifəli generalının olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar