SON XƏBƏRLƏR

TÜRKSOYun statusu və fəaliyət forması dəyişilib

2021.10.20, 07:36
TÜRKSOYun statusu və fəaliyət forması dəyişilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qurum bundan sonra TÜRKSOY Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı adlandırılacaq oktyabrın 17-də Bakıda Türk Mədəniyyət və Sənətlər Ortaq Birliyinə (TÜRKSOY) üzv türkdilli dövlətlərin mədəniyyət nazirlərinin iki gün davam edən XXVI toplantısına yekun vurulub. Qurumun baş direktoru Dyüsen Kaseinov və TÜRKSOY Daimi Şurasının müvəqqəti əlaqələndiricisi, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev toplantının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Türk Mədəniyyət və Sənətlər Ortaq Birliyinin beynəlxalq status aldığı bildirilib. Konfransda qurumun adının dəyişdirildiyi və bundan sonra Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY adlandırılacağı da vurğulanıb. Qarayevin sözlərinə görə, quruma üzv dövlətlər bundan sonra TÜRKSOY - un fəaliyyətini daha da genişləndirib, canlandırmaq niyyətindədir: "TÜRKSOY bundan sonra yeni formatda fəaliyyət göstərəcək. Belə ki, artıq təşkilatın baş direktoru baş katib adlandırılacaq. Biz bunu qurum üzvlərinin dəstəyilə nəzərə almışıq və bu məsələ ilə bağlı hamı bizi dəstəkləyir". XXVI toplantıda digər məsələlərə də, aydınlıq gətirilib. Ötən müddət ərzində təşkilatın fəaliyyəti tam olaraq araşdırılıb və qənaətbəxş hesab olunub. "Qərara almışıq ki, iştirakçı dövlətlər üzvlük haqqlarını və maliyyə xərclərini artırsınlar. Bu bizim gələcək fəaliyyətimizi daha da perspektivli və uğurlu edər". Nazir qeyd edib ki, TÜRKSOY-un hüquqi sənədlərinə də müəyyən düzəlişlər və əlavələr edilib. Gələn il üçün fəaliyyət proqramı müzakirə olunub və təsdiq edilib. "Planlaşdırırıq ki, ortaq türk mədəniyyətini və mədəni irsini dünyaya tanıdaq. Bu məsələlər artıq zərurətdən irəli gəlir və bizdən bunu tələb edir", - deyə nazir bildirib. TÜRKSOY - un yeni baş katibi Dyusen Kaseinov isə bildirib ki,qurumun növbəti müvəqqəti əlaqələndiricisi Qaqauz nümayəndəsi Dmitri Kambur olacaq: "Gələn il TÜRKSOY - un növbəti toplantısı Moldovada, daha doğrusu Qaqauz muxtariyyətinin paytaxtı Komrad şəhərində keçiriləcək" O, Azərbaycan xalqını qonaqpərvərlik və istiqanlığına görə təşəkkür etməyi və Bakının həqiqətən də mədəniyyət paytaxtı olduğunu bildirməyi unutmayıb. Yeni təyin edilən müvəqqəti əlaqələndirici Dmitri Kambur isə öz dilində çıxış edərək bildirib ki, Qaqauz balaca, qaqauzlarsa sayca az millət olmalarına baxmayaraq, onlar qəlbən böyük və qonaqpərvər millətdirlər. : "Hər kəsi Qaqauza dəvət edirəm. İnanıram ki, hamı bizim qonaqpərvərlikdə Azərbaycandan geri qalmadığımızın şahidi olacaq", - deyə o zarafatyana bildirib. Tədbirdə hamı rus dilində danışsa da, hamı türk olduğunu nümayiş etdirmək üçün bir-birinə rəmzi hədiyyələr bəxş edib. Onu da qeyd edək ki, toplantıda xoşagəlməz hadisə də baş verə bilərdi. Belə ki, mədəniyyət nazirlərinin oturduqları masanın arxasında asılmış plakat az qala nazirlərin başına aşacaqdı. Xoşbəxtlikdən ətrafda duran mühafizəçilər plakatı tutmağa müvəffəq oldu və tədbirdə iştirak edən türk jürnalistlər demişkən "TÜRKSOY qəzası"nın qarşısı alındı. Nazir Əbülfəs Qarayev isə bu vəziyyətə "Dünyanın bizə indidən gözü dəydi" deyərək münasibət bildirib.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar