SON XƏBƏRLƏR

Bursada Serj Sarkisyanın Qarabağda türk qanına bulaşan əllərinin dəydiyi yerləri nişasta ilə yumaq istəyirlər

2021.10.20, 07:36
Bursada Serj Sarkisyanın Qarabağda türk qanına bulaşan əllərinin dəydiyi yerləri nişasta ilə yumaq istəyirlər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanın əli dəyən yerlərin təmizlənməsi üçün Bursaya bəzi təmizlik vasitələri göndəriləcək. Bunu Türkiyə təhsil işçilərinin Həmkarlar İttifaqının (Türk Egitim-Sen) Kayseri şöbəsi hayata keçirəcək. təşkilatın şöbə rəhbəri Əli İhsan Öztürk mətbuat konfransında bildirib ki , Serj Sarkisyanın Qarabağda türk qanına bulaşan əllərinin dəydiyi yerlər təmizlənməlidir. O, göndəriləcək vasitələri də açıqlayıb: “Serj Sarkisyanın Qarabağda türkün qanına bulaşan əllərinin dəydiyi yerləri təmizləmək üçün nişasta, ayağı ilə gətirtiyi çirki təmizləmək üçün nişasta, Bursa valisi Şəhabəttin Harputun çirkləndirdiyi havanı təmizləmək üçün qaya duzu, Azərbaycan bayrağına qadağa qoyanların qan və gen təhlili üçün maliyyə vəsaiti". Türkiyə təhsil işçilərinin Həmkarlar İttifaqının Kayseri şöbəsi Türkiyədəki beyinsizlər üzündən yaranmış vəziyyətə görə Azərbaycan xalqından üzr istəməyidə unutmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar