SON XƏBƏRLƏR

Dünyanın aparıcı qüvvələri İranın nüvə proqramını bir daha müzakirə edəck

2021.10.20, 07:36
Dünyanın aparıcı qüvvələri İranın nüvə proqramını bir daha müzakirə edəck

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün Vyanada İran, Rusiya, Fransa, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında İranın mübahisəli nüvə proqramı məsələsi müzakirə olunacaq. BMT Atom Energetika Agentliyinin başçısı Məhəmməd Əl-Baradei deyib ki "Bu böyük əhəmiyyətə malik olan bir görüşdür". Yeni şərtlər qəbul olunarsa İran reaktorları üçün uran ölkə xaricində zənginləşdiriləcək. Bu görüşdə müzakirə mövzusu İran uranının reaktor yanacağına çevrilməsi üçün Rusiya və Fransaya göndərilməsi məsələsi olacaq. Plan İranın 3.5 faiz saflaşdırılmış uranının Rusiya və Fransa tərəfindən 20 faizə artırılmasını nəzərdə tutur. Qərb diplomatları etimada əsaslanan bu ölçülərlə uranın nüvə silahları üçün istifadə edilə biləcək dərəcədə zənginləşdirilməsi prosesinə nəzarət etmək istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar