SON XƏBƏRLƏR

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı

2021.10.20, 07:36
Azərbaycan heyətinin Ankarada mətbuat konfransı

Gunaz.tv

Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşma prosesi ehtimal edildiyindən daha sürətlə davam etməkdədir. Bu yaxınlaşma artdıqca Türkiyə-Azərbaycan münasibətlərində də soyuqlaşma hiss olunmaqdadır. Təbii olaraq, Türkiyə-Ermənistan yaxınlaşmasında Azərbaycanın maraqlarının diqqətə alınıb-alınmama məsələsi rəsmi Bakıda böyük narahatlıq doğurur. Bununla əlaqədar Azərbaycanın millət vəkilləri bir neçə gündür Türkiyədə görüşlər keçirir. Oktyabrın 16-dakı mətbuat konfransı bu görüşmələrin nə qədər gərgin keçdiyinə bir işarə idi.Konfransda Azərbaycan heyətinin başçısı, millət vəkili Səməd Seyidov bu səfər müddətində keçirdikləri görüşlər barədə məlumat verdi. O, Türkiyənin baş naziri və parlament sədri ilə, müxalifət partiyalarının liderləri ilə görüşdüklərini dedi. O bu görüşlərin çox konstruktiv keçdiyini, müxalifət liderlərinin prosesi yaxından izlədiklərini, iqtidarın isə öz sözünün üzərində duraraq, Qarabağ işğaldan azad edilmədikcə bu protokolların parlamentdən keçməyəcəyinə dair verdikləri sözə inandıqlarını ifadə etdi. Buna baxmayaraq, mətbuat konfransında səslənən fikirlər əslində Azərbaycanın narahatlığının davam etdiyini ortaya qoydu.Siyasi oyunlara alət edilmiş futbolSəməd Seyidov son günlərdə yaşanan hadisələr arasında ən xoşagəlməz hadisənin "Azərbaycan bayrağına qarşı yol verilən hörmətsizlik" olduğunu qeyd etdi. O, bunun Azərbaycan və Türkiyənin arasını vurmaq istəyən güclərin əməlləri olduğunu dedi.Onu da qeyd edək ki, Bursadakı Türkiyə-Ermənistan futbol yarışması tarixin ən siyasiləşmiş oyunlarından idi. 18 min yerlik stadionda azərkeşlərə, sadəcə, 3 min bilet satılmışdı. 8 min nəfər isə "dəvət edilmiş" şəxslər idi. Stadionda 3 min 500 polis asayişə nəzarət edirdi. Sözün qısası, bu futbol "fövqəladə vəziyyət" şərtləri altında keçirildi.Bayraq böhranı isə Bursa valisinin "stadiona üçüncü ölkələrin bayraqları buraxıla bilməz" təlimatından sonra ortaya çıxmışdı. Valinin bu təlimatı ictimaiyyət arasında güclü etiraz doğurmuşdu. Konyalı bir məmur və bir səyyar satıcı tərəfindən bu qərarın hüquqa zidd olduğuna dair məhkəmədə iddia qaldırıldı

Ələsgər Ələsgərli, Ankara

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar