SON XƏBƏRLƏR

Ermənistanın baş naziri: Erməni Sorqırımı Türkiyə tərəfindən tanınmalıdır

2021.10.20, 07:36
Ermənistanın baş naziri: Erməni Sorqırımı Türkiyə tərəfindən tanınmalıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkə telekanallarına müsahibəsində deyib ki “Ermənistanın gündəmində erməni soyqırımının müxtəlif dünya ölkələri ilə yanaşı, Türkiyə tərəfindən də tanınmasının vacibliyi məsələsi dayanır. Mənəvi-psixoloji və kulturoloji müstəvidə bizim məqsədimiz ədalətin zəfər çalmasıdır”. Tiqran Sarkisyan əlavə edib ki Ermənistanla Türkiyənin münasibətlərindəki problem təkcə sərhəd məsələsi ilə bağlı deyil, daha mürəkkəbdir və ilk növbədə soyqırım faktoru ilə əlaqəlidir: “Erməni-türk münasibətlərindən söhbət açıldıqda bu müstəvinin kənarına çıxmaq çox çətindir. Bu yükü biz daim üzərimizdə hiss edir və daşıyırıq. Təbii ki, bu faktın Türkiyə tərəfindən inkarı münasibətlərin normallaşdırılmasında çətinliklər yaradır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar