SON XƏBƏRLƏR

Milli-mədəni fəal müvəqqəti olaraq azadlığa bıraxılıb

2021.10.20, 07:36
 Milli-mədəni fəal müvəqqəti olaraq azadlığa bıraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli-mədəni fəallarından olan, yazıçı və müəllim cənab Həsən Əbdullahi (Ümidoğlu) azadlığa bıraxılıb. ETTELAAT (İranın Kəşfiyat Nazirliyi) məmurları tərəfindən 3 ay öncə Təbrizdə tutuqlanmış Ümidoğlu, 20 min dollarlıq mülki vəsiqə girov qoyaraq keçici bir şəkildə azadlğa bıraxılıb. Ümidoğlunun yaxınlarının verdiyi məlumata əsasən, təxminən bir ay sonra Təbrizin "İnqilab Məhkəmə"-də onun ittihamlarına baxacaq məhkəmə iclası keçiriləcək. Milli fəalın əsas ittihamları, onun tərəfindən milli təhlükəsizliyi pozmaq istəyən qrupun yaradılması, milli təhlükəsizliyin əleyhinə işləmlər və Azərbaycançılıq xarakterli CD vasitələri ilə sistemin əleyhinə təbliğ etməkdir. Qeyd edək ki Ümidoğlunun məhkəmə vəkili, Nağı mahmudidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar