SON XƏBƏRLƏR

“AYRILIQ” seriyalı TÜRKİYƏ İLƏ İSRAİLin ayrılığı...

2021.10.20, 07:36
“AYRILIQ” seriyalı TÜRKİYƏ İLƏ İSRAİLin ayrılığı...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, TRT-1 kanalında yayımlanmağa başlayan “Ayrılıq” adlı serialın ilk bölümü Türkiyə ilə İsrail arasında diplomatik böhrana səbəb olub. “Media forum” saytı xəbər verir ki, serialın ilk bölümünün mövzusu İsrailin Qəzzada həyata keçiridyi əməliyyatlardan biri olub. Oktyabrın 13-də yayımlanan bölümdə Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Davosda İsrail prezidenti Şimon Peresə söylədiyi “One minute” (“Bir dəqiqə”) ifadəsindən istifadə edilib. Səhnələrdən birində isə İsrail əsgərinin fələstinli kişinin başı üzərinə qaldırdığı körpəni vurması epizodu yer alıb. Serial yayımlanandan sonra İsrailin “Yedioht Ahranot” qəzetinin saytı geniş məqalə ilə çıxış edib. Yazıda bildirlib ki, bu serial İsraildə travma yaradır, Türkiyənin dövlət televiziyası İsrail əsgərlərini uşaqlara bilərəkdən atəş açan, qəzzalıları edam edən, mülki vətəndaşları öldürən qana susamış əsgərlər kimi göstərir. Daha sonra İsrailin bütün televiziyaları və qəzetləri bu serialı İsrailə və yəhudilərə qarşı düşmənmilik yaratmağa yönəlmiş bir təxribat kimi dəyərləndirməyə başlayıb. Bundan sonra İsrailin xarici işlər naziri Aviqdor Liberman serialın ciddi təxribat olduğunu deyib və dövlət dəstəyi ilə çəkildiyini xüsusi vurğulayıb. O, belə bir serialın İsraillə diplomatik münasibətləri olan Türkiyədə yayımlanmasının maraqlı, eyni zamanda üzücü olduğunu deyib. Bunun arxasınca isə Türkiyənin İsraildəki müvəqqəti işlər vəkili Ceylan Özən İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Notada çox sərt ifadələr işlədilib. Xarici İşlər Nazirliyi “Ayrılıq”ın açıq-aşkar təxribat nümunəsi olduğunu, bu serialın Türkiyədə yaşayan yəhudilərin və Türkiyəyə gedəcək turistlərin həyatını təhlükəyə ata biləcəyini bəyan edib. Notada bildirilib ki, serialda İsrail əsgərləri “uşaqları öldürməkdən zövq alan ali irqin təmsilçiləri” kimi təqdim edilib. İsrailin Xarici İşlər Nazirliyi bunun çox çirkin yanaşma olduğunu vurğulayıb. Notada həmçinin 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı İsrail əsgərlərinin yardıma gəldiyi xatırladılıb: “Serialda soyuqqanlı qatillər kimi təqdim olunan İrsail əsgərləri 1999-cu ildə dağıdıcı zəlzələdən sonra ən çətin anlarında Türkiyə vətəndaşlarına yardım etməyə qaçan əsgərlərdir”. TRT-yə nəzarət funksiyasına sahib olan Türkiyə rəsmisi – baş nazirin müavini Bülənt Arınç “Ayrılıq” serialında siyasi məqsəd güdülmədiyini deyib. O, Türkiyənin İsrailə qarşı heç bir pis məqsədinin olmadığını, bu ğlkə ilə normal münasibətlərə tərəfdar olduqlarını söyləyib. TRT rəhbəri İbrahim Şahin də bildirib ki, burda şişirdiləcək bir şey yoxdur. Amma İ.Şahin məsələni araşdıracaqlarını da vurğulayıb. Serial müəllifləri isə iradlara “İsrail etdiklərinə görə üzr istəsin, biz də onun etdiklərini göstərdiyimizə görə üzr istəyərik” şəklində cavab veriblər. Nəhayət, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu serial böhranına Türkiyə tərəfdən son nöqtəni qoyub. O, TRT-nin və serialı hazırlayan şirkətin muxtar qurumlar olduğunu, nazirliyin də bu serialın məsləhətçisi olmadığını, müşavirlik xidməti göstərmədiyini deyib. Ə.Davudoğlu “Türkiyə senzuraya əsaslanan ölkə deyil” deyərək TRT-yə heç bir müdaxilə etməyəcəklərini vurğulayıb. Nazir son günlərdə İsraillə-Türkiyə arasında yaşanan gərginliyə də toxunaraq bildirib ki, regionda sülh təşəbbüslərinə qayıdılmayınca Türkiyə hərbçiləri İsrailin həyata keçirdiyi hərbi manevrlərin heç birinə qatılmayacaq. “Ayrılıq” bu ilin əvvəlində “7 ölkə-7 baş rol” konsepsiyası ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Çeçenistan, Qazaxıstan, Türkmənistan və Türkiyədə çəkilməsi və TRT-1-də yayımlanması planlaşdırılan bir serial idi. Serialda həmçinin bir azərbaycanlı ilə bir erməni arasında məhəbbət macərası epizodu yer alırdı. Yaz aylarında “Akademi Neo” şirkətinin rəhbərlyi altında həmin serialın bir neçə bölümü çəkildi və yayımlandı. Lakin daha sonra reytinq toplamadığı üçün serial yayımdan çıxarıldı. İndi isə məlum olur ki, “Ayrılıq” serialının başqa konsepsiya ilə yenidən çəkilməsinə qərar verilibmiş. Yeni versiyada “Ayrılıq” Fələstin xalqının, xüsusilə qadınların, o cümlədən İsrailin həyata keçirdiyi əməliyyatlardan zərər görən insanların taleyinə həsr olunub.mediaforum TRT-1 kanalında yayımlanmağa başlayan “Ayrılıq” adlı serialın ilk bölümü Türkiyə ilə İsrail arasında diplomatik böhrana səbəb olub. “Media forum” saytı xəbər verir ki, serialın ilk bölümünün mövzusu İsrailin Qəzzada həyata keçiridyi əməliyyatlardan biri olub. Oktyabrın 13-də yayımlanan bölümdə Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Davosda İsrail prezidenti Şimon Peresə söylədiyi “One minute” (“Bir dəqiqə”) ifadəsindən istifadə edilib. Səhnələrdən birində isə İsrail əsgərinin fələstinli kişinin başı üzərinə qaldırdığı körpəni vurması epizodu yer alıb. Serial yayımlanandan sonra İsrailin “Yedioht Ahranot” qəzetinin saytı geniş məqalə ilə çıxış edib. Yazıda bildirlib ki, bu serial İsraildə travma yaradır, Türkiyənin dövlət televiziyası İsrail əsgərlərini uşaqlara bilərəkdən atəş açan, qəzzalıları edam edən, mülki vətəndaşları öldürən qana susamış əsgərlər kimi göstərir. Daha sonra İsrailin bütün televiziyaları və qəzetləri bu serialı İsrailə və yəhudilərə qarşı düşmənmilik yaratmağa yönəlmiş bir təxribat kimi dəyərləndirməyə başlayıb. Bundan sonra İsrailin xarici işlər naziri Aviqdor Liberman serialın ciddi təxribat olduğunu deyib və dövlət dəstəyi ilə çəkildiyini xüsusi vurğulayıb. O, belə bir serialın İsraillə diplomatik münasibətləri olan Türkiyədə yayımlanmasının maraqlı, eyni zamanda üzücü olduğunu deyib. Bunun arxasınca isə Türkiyənin İsraildəki müvəqqəti işlər vəkili Ceylan Özən İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Notada çox sərt ifadələr işlədilib. Xarici İşlər Nazirliyi “Ayrılıq”ın açıq-aşkar təxribat nümunəsi olduğunu, bu serialın Türkiyədə yaşayan yəhudilərin və Türkiyəyə gedəcək turistlərin həyatını təhlükəyə ata biləcəyini bəyan edib. Notada bildirilib ki, serialda İsrail əsgərləri “uşaqları öldürməkdən zövq alan ali irqin təmsilçiləri” kimi təqdim edilib. İsrailin Xarici İşlər Nazirliyi bunun çox çirkin yanaşma olduğunu vurğulayıb. Notada həmçinin 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı İsrail əsgərlərinin yardıma gəldiyi xatırladılıb: “Serialda soyuqqanlı qatillər kimi təqdim olunan İrsail əsgərləri 1999-cu ildə dağıdıcı zəlzələdən sonra ən çətin anlarında Türkiyə vətəndaşlarına yardım etməyə qaçan əsgərlərdir”. TRT-yə nəzarət funksiyasına sahib olan Türkiyə rəsmisi – baş nazirin müavini Bülənt Arınç “Ayrılıq” serialında siyasi məqsəd güdülmədiyini deyib. O, Türkiyənin İsrailə qarşı heç bir pis məqsədinin olmadığını, bu ğlkə ilə normal münasibətlərə tərəfdar olduqlarını söyləyib. TRT rəhbəri İbrahim Şahin də bildirib ki, burda şişirdiləcək bir şey yoxdur. Amma İ.Şahin məsələni araşdıracaqlarını da vurğulayıb. Serial müəllifləri isə iradlara “İsrail etdiklərinə görə üzr istəsin, biz də onun etdiklərini göstərdiyimizə görə üzr istəyərik” şəklində cavab veriblər. Nəhayət, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu serial böhranına Türkiyə tərəfdən son nöqtəni qoyub. O, TRT-nin və serialı hazırlayan şirkətin muxtar qurumlar olduğunu, nazirliyin də bu serialın məsləhətçisi olmadığını, müşavirlik xidməti göstərmədiyini deyib. Ə.Davudoğlu “Türkiyə senzuraya əsaslanan ölkə deyil” deyərək TRT-yə heç bir müdaxilə etməyəcəklərini vurğulayıb. Nazir son günlərdə İsraillə-Türkiyə arasında yaşanan gərginliyə də toxunaraq bildirib ki, regionda sülh təşəbbüslərinə qayıdılmayınca Türkiyə hərbçiləri İsrailin həyata keçirdiyi hərbi manevrlərin heç birinə qatılmayacaq. “Ayrılıq” bu ilin əvvəlində “7 ölkə-7 baş rol” konsepsiyası ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Çeçenistan, Qazaxıstan, Türkmənistan və Türkiyədə çəkilməsi və TRT-1-də yayımlanması planlaşdırılan bir serial idi. Serialda həmçinin bir azərbaycanlı ilə bir erməni arasında məhəbbət macərası epizodu yer alırdı. Yaz aylarında “Akademi Neo” şirkətinin rəhbərlyi altında həmin serialın bir neçə bölümü çəkildi və yayımlandı. Lakin daha sonra reytinq toplamadığı üçün serial yayımdan çıxarıldı. İndi isə məlum olur ki, “Ayrılıq” serialının başqa konsepsiya ilə yenidən çəkilməsinə qərar verilibmiş. Yeni versiyada “Ayrılıq” Fələstin xalqının, xüsusilə qadınların, o cümlədən İsrailin həyata keçirdiyi əməliyyatlardan zərər görən insanların taleyinə həsr olunub.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar