SON XƏBƏRLƏR

“Le Canard Enchaine” qəzeti: İsrail İrana qarşı hücuma hazırlaşır

2021.10.20, 07:36
“Le Canard Enchaine” qəzeti: İsrail İrana qarşı hücuma hazırlaşır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İsrailin İrana hücuma hazırlaşdığı ilə bağlı məlumat var. bu xəbəri Fransa qəzeti “Le Canard Enchaine” yayıb. Fransız qəzetinin yaydığı məlumata görə, İsrail elit döyüşçülər bölməsi üçün fransız istehsalçılara ərzaq paylarının hazırlanmasını sifariş veriblər. Bundan əlavə xaricdə qulluq edən yüksəkpeşəkar hərbi qulluqcuların İsrailə dönməsi barədə gizli göstəriş olub. “Le Canard Enchaine” ehtimal edir ki, hücum 2009-ci ilin dekabr ilə 2010-ci ilin yanvar aylarında ola bilər. Nəşr onu da bildirir ki, bu yaxınlarda İsrail silahlı qüvvələrinin ştab rəisi Qabi Aşkenazi Fransaya səfəri zamanı verdiyi açıqlamasında İranın bombardıman edilməsinin İsrailin planında olmadığını vurğulayıb. Həmçinin, qeyd edib ki, , yerüstü əməliyyat üçün ora döyüşçülər göndərilməsi istisna edilmir. Jurnalistlər isə bunu belə yozublar ki, Aşkenazi İranda nüvə proqramını həyata keçirən müəssisələrin rəhbərlərinin aradan götürülməsini və sabotajı nəzərdə tutub. İsrailin “Kol İsrael” radiostansiyasının xəbərində deyilir ki, fransız nəşri sözü gedən informasiyanı oktaybrın 15-dəki nömrəsində dərc edib. Bununla belə informasiyanın elektron versiyaı hələlik şəbəkəyə yerləşdirilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar