SON XƏBƏRLƏR

Nəbi Soytürk: biz süni şəkildə yaradılmış dəyərləri uyqulamaqdan deyil, pozmaqdan fəxr duymalıyıq

2021.10.20, 07:36
Nəbi Soytürk: biz süni şəkildə yaradılmış dəyərləri uyqulamaqdan deyil, pozmaqdan fəxr duymalıyıq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi, Güney Azərbaycan İstiqlal Partiyasının ideologiya üzrə sorumlusu Nəbi Soytürkün "Türküstan" qəzetinə verdiyi müsahibəni tam mətni ilə təqdim edir. (bu müsahibə bir müddət əvvəl "Türküstan" qəzetinə verilib) Nəbi Soytürk adı qəzetimizin oxucularına tanışdır. Özünün Güney Azərbaycana və fars şovinizminə aid publisist yazıları ilə. Amma bu dəfə Nəbi bəy bizim suallarımızı cavablandırır. Özü də Güney Azərbaycan İstiqlal Partiyasının Azərbaycan Respublikasında ideoloji məsələlər üzrə nümayəndəsi kimi. -Nəbi bəy, baxmayaraq ki İranda 35 milyonluq bir türk cəmiyəti var, nədən yaxın illərə qədər bu potensial dünyada lazımlı dərəcədə tanınmayıb? -Ümumiyətlə, siyasət aləmində bir millət öz mövcudluğunu sübut etmək üçün buna daim cəhd göstərməlidir. Psixologiya elmi baxımından insanlar fərqliliyi daha rahat yadda saxlayırlar, nəinki oxşarlığı. Güney Azərbaycan türk milləti fars şəvinizminin assimilyasiya siyasətinin nəticəsində İran kimliyi ilə göründüyü üçün başqa millətlərin diqqətindən yayınmağa başlamışdır. Bir millət üçün mövcud olmağın ən sadə yolu fərqli olmaqdır. İran kimi bir həftəbazar ölkədə mütləq başqalarından seçilməliydik. Bu məqamda Mühüm deyil ki necə, hansı sahələrdə, mühüm odur ki bunu bacarmalıydıq. Biz dünyanın diqqətini türkə məxsus olan meyarlara cəlb etməliydik. Elə bu problemi bu gün kərkükdədə yaşamışıq və yaşamaqdayıq. Onlarca ildir ki dünya içtimaiyyəti İranqda kürd millətinin olduğunu eşidir və qəbul edir. Ancaq türkmənlər buna nail ola bilməmişdir. Buna görə başqa siyasi səbəblərlə yanaşı, bu gün İraqda özlərinə yer tuta bilmirlər. çin, Əfqanistan, Suriya, Yunanistan, Rumıniya, Rusiya, Moldova, Ukrayna və başqa Ölkələrdə milyonlarla türk yaşayır, ama az insan var ki onların türk olduğunu bilsin. Halbuki bir neçə min yəhudi və ya erməni hər hansı bir ölkədə varsa, hər kəsin ondan yetəri qədər xəbəri vardır. əslində bu bütün türk elləri arasında yaşanan bir problemdir. "Artıq Güney fars şovinizminin verdiyi mənliyi qəbul etmir" -Bəs hal-hazırda Güney Azərbaycan türk milləti İran kimliyindən necə fərqlənir? -Güney Azərbaycan türk milləti milli azadlıq hərəkatının fəaliyəti nəticəsində İran və fars şovinizminin kimlik məhdudiyyətindən çıxmaqdadır. Türk milləti özü yarada biləcəyi dünyanı təsəvvür etməyə başlayıb. Artıq fars şovinizminin verdiyi mənliyi türk milləti qəbul etmir və öz dəyərini özü müəyyənləşdirir. Təssüflə etiraf etməliyik ki, bir neçə il bundan öncə Azərbaycan milləti üzərində işlənən assimilyasiya siyasəti yüksək dərəcədə öz təsirini qoya bilmişdir. bir çox Azərbaycan türkü paniranizm və panfarsizm düşüncəsinin məhsulu olan dəyərlərə, meyarlara və qanunlara etiraz etmək yerinə itaət edirdilər. ancaq bu mexanizm milli hərəkatın fəaliyəti nəticəsində 180 dərəcə dəyişilib. Artıq Azərbaycan türk milləti qeyd olunan meyarları və süni dəyərləri uyqulamaqdan deyil onları pozmaqdan fəxr duyur və elədə olmalıdır. Bu proses o deməkdir ki mən türkəm. -sizcə məşrutə, firqeyi-demokrat və xalqi müsəlman hərəkatını bu günkü milli azadlıq hərəkatı ilə nə dərəcədə müqayisə etmək olar, nədən onlar öz hədəflərinə yetişmədilər? -mən bu suala ümumi bir cavab vermək istəyirəm. O dönəmlərdə türk ifadəsi ümumiyətlər öz həqiqi mənasında uzağıydı. Bu günkü qədər ideoloji və kimlik məfhumu daşımırdı. Hətta əgər o hərəkatları milli də hesab etsək, kimsə türklüyün və türkçülüyün anlamına dərindən varmamışdır. Fars şovinizminin ideologiyası uzaq tarixlərdən gəldiyi üçün, şovinistlər bu prossesləri yaxşıca yönəldə bildilər.yəni bu iki tərəfli davalarda bir tərəf öncədən bilirdi ki, nə üçün savaşır, ancaq o biri tərəf bilmirdi. Sonucda bilməyən tərəf uduzurdu. Ümumiyətlə İranda Azərbaycan millətinin gücü və iradəsi bir enerjiyə bənzəyirdi ki, özünün heç bir tərəfə istiqaməti yox idi. ideologi hazırlıqları olduğu üçün bu prossesləri fars şovinizmi istiqamətləndirirdi. O üzdən Azərbaycan türk milləti fəallaşdıqca, inqilab etdikcə və ya hər hansı bir fədakarlıq etdikcə, əslində fars şovinizminin əlinə daha çox fürsət düşürdü ki öz hədəfində çatsın. Quzey Azərbaycanın istiqlalından sonra şiddətlə irəli gedən milli azadlıq hərəkatının nəticəsində türklük və vətən anlayışı olduqca dolğun şəkildə Azərbaycan içtmaiyyətində dərk olunmağa başladı. Türk milləti dərk edib ki, şərəfli yaşamaq üçün daha doğru bir variant vardır. Keçmişdəki hərəkatların tərsinə olaraq bu dəfəki qurtuluş savaşında hər iki tərəf bilir ki, nə üçün mebarizə aparır. "kiçik işləri də böyük eşqlə görürük" -Sizcə, milli azadlıq hərəkatının zəif və güclü tərəfləri hansılardır? -Əslində müasir dünyanın ölçülərini nəzərə alsaq, bizdə güclü iqtisadi üstünlüklər yoxdur. Ancaq buna baxmayaraq belə sıxıntılar fəaliyətimizi durdura bilmir. əgər bizim imkanlarımız televiziyalar açmağa, geniş təbliğatlara və ya başqa böyük işlərə imkan vermirsə də, ancaq biz kiçik işləri böyük eşqlə görürük. Eşq isə dünyanın ən güclü enerjisidir. O güc ki, tarixin ən qəddar emperiyalarını yıxıbdır. budur Güney Azərbaycan hərəkatının mahiyəti! Odur ki, İran hakimiyəti bunu heç bir qiymətə ala bilmir. Milli fəallarımız öz ömürlərini, vaxtlarını, imkanlarını hərəkat uğrunda xərcləyirlər və bununlada hər gün öz arzularının və adazlıqlarının bir qismini almış olurlar. Məncə bütün bunlar bizim güclü tərəflərimizdir. Bununla belə zəifliklərimizi də gücləndirməliyik.müasir dünyada savaş bir hərbi müharibədə məhdudlaşmır. Siyasi, iqtisadi, psixoloji, dini, mədəni və sairə, bunlar hamısı bizim qurtuluş savaşımızın bir tərkib hissəsidir. təssuflər ki, bu sahələrdə bir o qədərdə qazanc əldə edə bilməmişik. əgər bu sahələrdə meydanı düşmənin xeyrinə boşaltsaq, sonra bunların əvəzini savaş meydanında ödəməli olacağıq. O isə bizə baha başa gələcəkdir. -ABŞ İrana müdaxilə edirsə, sizcə orada nələr baş verə bilər? -İranda kürd, bəluç və ərəb bölgələri hər zaman məcburi şəkildə İranın daxilinə sığındırılıblar. Azərbaycan türk milləti isə İranın siyasi, ictimai və dini ədəbiyatının demək olar ki müəllifi və qurucusu olub. o mənada İran anlayişi Azərbaycan torpaqlarında gərçəkləşib və məna tapıb. Farslar isə hər zaman arxada durub və plan cızıblar. Azərbaycanlılar öz istiqlaliyyətləri uğrunda dava aparacaqları təqdirdə artıq İranı qoruyacaq qüvvə qalmır. Bu dəqiqədə İrandakı siyasi-içtimai atmosferinin nəzarəti fars şovinizminin kontrolundan çıxmaqdadır. İranda yaşanan milli hərəkatlar dönməz bir yola addım atıblar. "Türkün gələcəyi qərbi düşündürür" -Sizcə, ABŞ və müttəfiqləri İrana qarşı olduqlarına rəğmən Güney Azərbaycan Milli Azadlıq hərəkatını əngəlləyə bilər? -Ümumiyətlə qərb heç bir din, millət və ya ölkəyə düşmən deyil. Ancaq onlar bu bölgədə hər hansı bir gücə və ya potensial bir qüdrətə qarşıdırlar. Qərb İran, Pakistan və ya indoneziyadan çəkinmir. Amma türkün gələcəyi qərbi düşündürür. İran hakimiyəti dəyişilincə İran qərb üçün zərərsizləşir. Yalnız Güney Azərbaycandan keçən türkçülüyün son nəticəsini bilən qərbin rahatlıqla bununla barışacağı inandırıcı deyil. Üstəlik, uzun müddət regionda bütün siyasi proseslərdə seyrçi qalan Güney Azərbaycan bu dəfə proseslərin mərkəzində yer tutub və bu çaxnaşmaları türk dünyasının xeyrinə tamamlaya bilən bir qüvvəni qərb dövlətləri həzm edə bilmirlər. ən azı bu yeni qüvvənin oyuna girməsinə psixoloji olaraq hazırlıq yoxdur. Odur ki, biz nəhayət dərəcədə diqqətli olmalıyıq ki , Kərkükün məsələsi təkrar olunmasın. -Ümumiyətlə, Milli Azadlıq hərəkatının hazır ki səviyyəsi sizi qane edirmi? -Əgər son 15 ili götürsək. Çox dəyərli işlər görülüb. Bəlkə də bundan artıq ola bilməzdi. Yalnız Azərbaycanın tarixinə, türkün dərin kimliyinə, Güney Azərbaycanın potensial gücünə və mənəviyyatına baxdığımızda heç razı deyiləm.bizim bu günkü düşündüklərimizin zamanı çoxdan gəlib çatmaışdıır. O nöqteyi-nəzərdən gecikdiyimizin qənaətindəyəm. Bununla belə, qeyd etdiyim kimi, son 15 ildə görülən işlər çox parlaq bir gələcəkdən xəbər verir. Və inşallah Güney Azərbaycanın istiqlalı ilə sona çatacaq. "Nə mutlu Türküstana çatana... " -son diyəcəyiniz bir söz varmı? -Ümid edirəm, "Türküstan" qəzetinin ideyası gərçəkləşsin. Bunun üçün arzu edirəm ki, "Türküstan" qəzeti, Türküstan milləti və Türküstan aşiqləri daha çox "Türküstanın açarı" olan Güney Azərbaycanın proseslərini diqqətlə izləsinlər. Türküstan kimi bir sevda Güney Azərbaycanda yaşanan acıların arxasında bizi gözləyir. Nə mutlu Türküstana çatana... Ayxan qaynaq: Türküstan qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar