SON XƏBƏRLƏR

Prezident müharibənin hələ bitmədiyini deyib

2021.10.20, 07:36
Prezident müharibənin hələ bitmədiyini deyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. “Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordudur. Əgər biz 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində belə qüdrətli orduya malik olsaydıq, Azərbaycan torpaqları heç vaxt işğal altına düşməzdi. Ancaq nə edək ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycan rəhbərliyində olmuş insanlar böyük səhvlər buraxaraq, əslində Dağlıq Qarabağın işğal altına düşməsinə şərait yaradıblar”. Azərbaycan prezidenti İlham Əliyev Hövsan qəsəbəsində II Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin təqdim olunması mərasimində çıxış edərkən belə deyib. O, qeyd edib ki, mərhum prezident Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra vəziyyətdə dönüş yaranıb, bəzi torpaqlar geri alınıb və atəşkəs yaradılıb. Bu atəşkəs rejimi müddətində isə Azərbaycan çox böyük uğurlara nail olub: “Bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisə edilməz səviyyədədir. Biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə isə, bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bölgədə ən qüdrətli ordudur. Biz hərbi gücümüzü artırırıq. Düzdür, bu, böyük vəsait tələb edir. Ancaq bunu etməliyik. Çünki biz müharibə şəraitində yaşayırıq”. Prezident bildirib ki, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və Azərbaycan öz doğma torpaqlarını işğalçılardan azad etməyə hər an hazır olmalıdır: “Bununla bərabər, bu vaxta qədər görülmüş və bundan sonra görüləcək işlər Azərbaycanın hərtərəfli inkişafına xidmət edəcək, Azərbaycanda sosial məsələlərin həllinə şərait yaradacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar