SON XƏBƏRLƏR

MHP Bayrağımıza sahib çıxdı

2021.10.20, 07:36
MHP Bayrağımıza sahib çıxdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Milliyətçi Hərəkat Partiyası (MHP) mərkəz binasına böyük Azərbaycan bayrağı asıb. MHP bunu Türkiyənin Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan matçına Azərbaycan bayrağının keçirilməsinin qadağan olunmasına etiraz əlaməti olaraq hayata keçirib. Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında protokol imzalanması prosesində Azərbaycana ən böyük dəstəyi MHP verib. Xatırladaq ki, daha əvvəl stadiona Azərbaycan bayraqlarının keçirilməsinə qoyulan qadağaya etiraz edən MHP sədri Dövlət Bahçeli və MHP-çi millət vəkilləri yaxalarına Azərbaycan bayrağı nişanı taxmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar