SON XƏBƏRLƏR

Zənganda "dünya uşaqlar günü" mərasiminin türkcə küçirilməsinə imkan verilməyib

2021.10.20, 07:36
Zənganda "dünya uşaqlar günü" mərasiminin türkcə küçirilməsinə imkan verilməyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Zəngan Şəhərində türkcə "dünya uşaqlar günü"-nü qeyd etməyə imkan verilməyib. Bu mərasimin keçirilməsini əngəlləyən İran təhlükəsizlik qüvvələri bir neçə milli-mədəni fəali tutualayaraq bir gün saxlanıldıqdan sonra azadlığa bıraxıblar. 6 gün əvvəl Zənganın uşaq evlərinin birində keçirilməsi gözlənilən mərasim polis qüvvələri tərəfindən ləğv edilib və mərasimin təşkilatçıları təhdid olunub. Məmurlar mərasimin keçiriləcəyi məkana gelərək türk dilində yazılmış bildirişlər və afişaları cırıblar. Bu ərəfədə mədəniyət üzrə türk-fars dilindəki aylıq dərgisinin Telnaz Neməti, Davud xudakərəmi və Bətul Qasimi adlı jurnalistlərini tutuqlayıblar. Tutuqlular bir gün saxlanıldıqdan sonra polis idarəsində qol çəkərək azadlığa bıraxılıblar. Diqqətə layiq məqam ondan ibarətdir ki türkcə keçirilməsi qadağan olan mərasimin anoloji aktlarına icazə verilib. Təbii ki bu mərasimlər bir neçə uşaq evində türk dilində deyil fars dilində icra olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar