SON XƏBƏRLƏR

Əli Xamneyinin vəfat etdiyi bildirilir

2021.10.20, 07:36
Əli Xamneyinin vəfat etdiyi bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran müxalifəti İranın dini lideri Əli Xamneyinin vəfat etdiyini bildirir. "Anspress" yazır ki İran Müxalifətçiləri Əli Xamneyinin, 14 oktyabrda vəfat etdiyi haqda məlumat yayıb. O oktyabrın 12-də yerli vaxtla saat 14:15-də Xamneyi huşunu itirib və təсili olaraq xəstəxanaya yerləşdirilib. Bəzi məlumatlara görə isə, o, komadadır və onun yanına oğlu və şəxsi həkimi buraxılır. Nəzərinizə çatdıraq ki son zamanlar 70 yaşlı Əli Xamneyinin sağlamlıq vəziyyətinin gərgin olduğu bildirilirdi. xatırladaq ki bu xəbər hələki rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar