SON XƏBƏRLƏR

Ərdoğan millət vəkillərimizə açıqca bildirib ki Qarabağdan ermənilər çəkilməyənə qədər sərhədlərin açılması mümkün deyil

2021.10.20, 07:36
Ərdoğan millət vəkillərimizə açıqca bildirib ki Qarabağdan ermənilər çəkilməyənə qədər sərhədlərin açılması mümkün deyil

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyəyə yollanmış 11 Azərbaycanlı millət vəkili oktyabrın 14-də Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla görüşüblər. Səməd Seyidov deyir ki, görüşdə Azərbaycan millət vəkilləri öz möqelərini bildiriblər. Bu da ondan ibarətdir ki, Azərbaycan heç bir vaxt ölkələr arasında münasibətlərin düzəlməsinin əleyhinə olmayıb. "Biz sülhün, inkişafın, ölkələr arasında əlaqələrin tərəfdarııyıq, ancaq bu əlaqələrin beynəlxalq qanun çərçivəsində həyata keçirilməsi və bizim regionumuzda Dağlıq Qarabağ probleminin həlli ilə paralel getməsi çox vacibdir." Millət vəkilləri Türkiyə və Ermənistan yaxınlaşmasının Dağlıq Qarabağ probleminin nizamlanması ilə paralel aparılmalı olduğunu deyiblər. Azərbaycandan Türkiyəyə yola düşən nümayəndə heyətinin başçısı millət vəkili Səməd Seyidov Amerikanın səsinə deyib ki, millət vəkilləri görüş böyük məmnunluq hissi ilə tərk ediblər. "Bizə çox xoş oldu ki, hörmətli Baş nazir həmin bu görüşdə Azərbaycana gəldiyi zaman parlamentdə dediyi sözləri bir də nəinki təkrar etdi, onların üstündə möhkəm olaraq dayandı və həmin fəlsəfədən, həmin mövqedən gələcəkdə də çıxış etməsi haqda bizə məlumat verdi. Konkret olaraq erməni qüvvələri Azərbaycanın işğal altında olan torpaqlarından çəkilməsi məsələsi həll olana qədər sərhədlərin açılması mümkün olmayacaq sözlərini bu görüş zamanı bir daha eşitdik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar