SON XƏBƏRLƏR

iki milli-mədəni fəala məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
iki milli-mədəni fəala məhkəmə hökmü çıxarılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli-mədəni fəallarından olan Vədud əsədiyə bir il və Hüseyn Rəhimiyə isə altı ay təliqi həbs qərarı çıxarılıb. Bu qərar İranın Gilan vilayətinin məhkəməsi tərəfindən verilib. Hüseyn Rəhimi azərbaycanın milli hərəkatının rəşt şəhərində yerləşən öyrənci fəallarından biri olaraq altı ay şərti həbsə və həmçinin yüz min tümən iran pulu ilə cərimələndirilib. Vədud Əsədi isə hakimiyyət əleyhinə təbliğat aparmaq və həmçinin millətçilik hərəkatına qatılmaqla günahlandırılıb və bir il həbsə məhkum olunub. Həbs Cəzası 5 il müddətində icra oluna bilər. Əmir Naseri hakimliyi ilə keçirilən Gilan məhkəmə prossesində çıxarılmış hökm şıfahi şəkildə onlara bildirilib. Və bu barədə rəsmi sənəd verilməyib. Qeyd edək ki beynəlxalq əf təşkilatın Vədud Əsədi həbsodə saxlanılan zaman İran hakimiyyətindən onun dərhal azadlığa buraxılmasını tələb etmişdir. Soydaşlarımızın ETTELAATda saxlanıldıqları zaman fiziki və ruhi işgəncələrə məruz qaldıqları bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar