SON XƏBƏRLƏR

Məhəmməd Xatəmi rejimə sərt mesajlar verib

2021.10.20, 07:36
Məhəmməd Xatəmi rejimə sərt mesajlar verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Oktyabrın 11-i Yəzd şəhərinə səfərində İranın keçmiş prezidenti Məhəmməd Xatəmi bir qrup islahat tərəfdarı qarşısında çıxış edərək builki prezident seçkisindən sonrakı olaylara toxunub. Məhəmməd Xatəmi seçki nəticələrinə dinc etiraz bildirən vətəndaşlara qarşı zorakılıqların nəticə verməyəcəyini vurğulayıb: “Xalqa qarşı zorakılıqla sistemi uzun müddət qorumaq mümkün deyil. Zor və təzyiqlə hakimiyyət sürdürmək olmaz. Nə xalq, nə də cəmiyyət bunu qəbul edəcək. Əmin olun, xalq öz yolundan dönməyəcək”. Xatəmi insan hüquqları ilə bağlı ənənənin peyğəmbərlərdən günümüzə qədər miras qaldığını vurğulayıb: “Müasir dövrdə insanların öz müqəddəratını təyin etməsi xalqın əsrlərdən bəri qazandığı böyük nailiyyətdir. Əslində isə insanların siyasi, ictimai və digər hüquqları peyğəmbərlərdən bizə gəlib çatan bir mirasdır və buna riayət edilməlidir”. Xatəmi seçki nəticələrinə qarşı aksiyalara qatılan milyonlarla insanı “iğtişaşçı” adlandırmağı ən böyük təhqir saydığını deyib: “Dinc yollarla seçki nəticələrinə etiraz bildirən insanları “iğtişaşçı” və “devrilişçi” adlandırmağın özü əslində xalqa qarşı bir növ iğtişaş və təhqirdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar