SON XƏBƏRLƏR

Avropa Birliyi "ATATÜRK"ü qorumaqla bağlı qanunun ləğv edilməsini istədi

2021.10.20, 07:36
Avropa Birliyi "ATATÜRK"ü qorumaqla bağlı qanunun ləğv edilməsini istədi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Avropa Birliyi Komissiyasının Türkiyə ilə bağlı sabah açıqlayacağı hesabatında bu ölkədə mövcud qanunvericiliyin söz azadlığını məhdudlaşdırdığı qeyd olunur. bu hesabatda Türkiyədə türkçülüyü təhqirlə bağlı 301-ci maddənin, o cümlədən Cəza Qanununda namus suçları (125-131-ci maddələr), ictimai asayişi pozma (214, 216, 217, 218, 220-ci maddələr) və dövlət təhlükəsizliyinə zərbə vurma (312, 314-cü maddələr) ilə bağlı cəzaları nəzərdə tutan maddələrin ləğv edilməsi tələb olunur. Komissiyanın hesabatında daha çox diqqət çəkən məqamlar isə Cəza Qanunundan hərbi qulluqdan yayınmağa təşviq etmə ilə bağlı cəzanı nəzərdə tutan 318-ci maddənin və Atatürkü qorumaqla bağlı qanunun ləğvinin istənilməsidir. Hesabatda kürd və erməni məsələsinə toxunulur, 200 türkün ermənilərdən üzr istənilməsi ilə bağlı başladıqları kampaniyaya xüsusi yer ayrılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar