SON XƏBƏRLƏR

Əlyar Səfərli: "İranla Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasət arasında fərq yoxdur"

2021.10.20, 07:36
Əlyar Səfərli: "İranla Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasət arasında fərq yoxdur"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan Respublikasının İrandakı keçmiş səfiri Əliyar bəy Səfərlinin "olaylar"a verdiyi müsahibəni təqdim edir. İran adlanan ölkə Azərbaycana və Azərbaycan ziyalılarına qarşı müxtəlif təxribatlar irəli sürməkdə davam edir. İş o yerə çatır ki, İran rəsmi saytlarda Azərbaycan bayrağını da təhrif edir. Bütün bunlar isə Azərbaycana qarşı birbaşa təxribatdır. Mövzu ilə bağlı söhbətimizi professor Əlyar Səfərli ilə davam etdiririk: -Əlyar müəllim, hal-hazırda İran adlanan ölkə Azərbaycanda hansı təxribat sayıla biləcək işlər həyata keçirir? -Azərbaycanda İranın şəbəkəsi gündən-günə artır. İran Azərbaycanın elminə, təhsilinə müdaxilə edir. Hətta məişətimizə belə daxil olmaqdadır. Din adı altında panfarsizim ideyaları təbliğ olunmaqdadır. İran çalışır ki, Azərbaycan xalqının siyasi-milli şüuru yüksəlməsin. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. İranın ən zəhərli təbliğat vasitələrindən biri İran ünsürlərinin Azərbaycanda din adı altında təxribatçılığı, dini fanatizmi, cəhaləti yaymaqdan ibarətdir. Bunlardan biri də son zamanlar Azərbaycanda olan məscidlərin əksəriyyətində İran təbliğatını açıq şəkildə aparılmasıdır. Azərbaycan dövlətçiliyinə qarşı ziyanlı fikirlər təbliğ olunur. Türk birliyinə qarşı pozuculuq işləri aparmağa çalışrlar. Nəyə görə Azərbaycanın rəsmi dairələri bu barədə öz sözünü demirğ 8-ci kilometrdə "Qaya" restonı ilə üz-üzə bir məscid var. Orda 4-5 min adamın ibadət etdiyini gördüm. Məsciddə eyni zamanda müəzzin də danışırdı ki, onun da danışığı Azərbaycana qarşı açıq təxribatdan ibarət idi. Başqa bir dövlətin nümayəndəsinin belə bir təbliğat aparmasına meydan verilməsi məni çox təəccübləndirdi. İrandan gələn mollalar olmasın, olsun elə öz vətəndaşlarımız, Qəzvində din təhsili alıb gələnlər. Onlar İran mollarının özündən də çox qorxuludurlar. Onların fikir və mülahizələrində İran təssübkeşliyi özünü göstərir. Nə üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yaxud Qafqaz Müsəlmanları İdarəsi bu məsələyə öz münasibətini bildirmir. Niyə belə mollalara yasaq qoyulmur. Bu barədə düşünməliyik. Çünki İranın ideoloji təxribatı çox qorxuludur. -İran təxribatı daha hansı sahələrdə nəzərə çarpır? -İran mədəniyyət mərkəzi, "İmdad" komitəsi, "Əlhuda" kitab mağazası kimi şəbəkələrini qadağan etməliyik. Xüsusislə, İran mədəniyyət mərkəzi təxribatla məşğul olur. Bu mərkəz İranın bir sıra kitablarını Azərbaycan dilində nəşr etdirib yayır. Fars dilindən Azərbaycan dilinə tərcümə olunan "Unudulmuş qəhrəmanlar" kitabı Azərbaycana qarşı ziyanlı fikirləri təbliğ etməkdədir. İran mədəniyyət mərkəzi əsərin tərcüməsini maliyyələşdirib. Hər hansı bir Azərbaycan ziyalısı bu əsəri oxusa, dəhşətə gələr. Həmin əsərdə Azərbaycanın varlığı inkar olunur. Bizim qəhrəmanlarımız, şairlərimiz fars-İran yazarları kimi təqdim olunur. Dərbənddən Həmədana olan ərazi İranın ərazisi kimi göstərilir. Bu əsərin Bakıda nəşr olunmasını təsəvvür edə bilmirəm. Kitab sanki Tehranda və yaxud Yervanda çap olunub. Niyə rəsmi dairlər buna qarşı münasibətini bildirmirğ Niyə AMEA institutlarında, Yazıçılar Birliyində bu əsərə qarşı münasibət bildirilmir? -İranın "Səhər" kanalı, bu ölkəyə məxsus rəsmi sayt belə Azərbaycana qarşı təbliğat aparır. Hətta Azərbaycan bayrağı belə təhrif olunur. Sizin buna münasibətiniz necədir? -"Səhər" kanalı başdan-başa zəhərdir. Burda Azərbaycana qarşı mürtəce fikirlər açıq şəkildə təbliğ olunur. Hətta "Səhər" kanalı iki gündən bir mənim məqalələrimə qarşı olan fikirlər irəli sürür. Amma radio və ya televizayalarda mənə şərait yardılmır ki, mən onlara öz cavablarımı bildirim. Artıq müxtəlif yazılar vasitəsilə bu kanala öz fikirlərimi çatdırmaqdayam. "Səhər" kanalı Azərbaycan dövlətçiliyinə qarşı təxribat işləri aparır. Azərbaycan dövlətinin bayrağının təhrif olunması Azərbaycana qarşı açıq şəkildə düşmənçilik münasibətidir. Azərbaycan ziyalıları ideoloji təxribatla mübarizədə öz sözünü deməlidir. Azərbaycan dövləti də bizə şərait yaratsın ki, biz cavablarımızı bildirək. Milli-mənəvi dəyərlərimizi, milli siyasətimizi təbliğ etməliyik. Radio və televiziylarda şərait yaradılmadığı üçün İranın şərindən özümü belə müdafiə edə bilmirəm. Mənə qarşı pozuculuq işlərinin aparılmasının təsadüfü olmadığını düşünürəm. Biz cəsarətli fikir mübadilələri aparmalıyıq. Fikir mübadiləsi aparmayan millət formalaşa bilməz. -Bu təxribatların qarşısını almaq, dəyərlərimizi qorumaq üçün hansı addımlar atılmalıdır? -Elə güman edirəm ki, biz Güney Azərbaycanla bağlı yeni əsərlər yazmalıyıq, orta və ali məktəblər üçün dərsliklər yaratmalıyıq. Bizdə İrnla bağlı çox böyük şəbəklər olduğu halda, Güney Azərbaycanla bağlı adicə bir təşkilat da yoxdur. Buna imkan yaradılmır. 40 milyon xalqın taleyinə çox laqeyd yanaşırıq. Bu bizim birliyimizə xələl gətirir. Biz Quzeylə Güney Azərbaycan arasında yeni mənəvi körpülər qurmalıyıq. Layihələr həyata keçirməliyik. Sakit oturub baxa bilmərik. Guney Azərbaycan xalqı bizdən nicat gözləyir. -İran həm də işğalçı dövlət olan Ermənistana yardım edir. -İran ilə Ermənistan süd qardaşıdır. İran Ermənistanı həm maddi, həm də mənəvi şəkildə dəstəkləyir. İran Ermənistana qaz və işıq verir. Biz Qarabağda müharibə aparanda ermənilari ərzaqla, yanacaqla, silahla təmin edirdi. Əgər İran rejimi Ermənistana yardım etməsəydi, Ermənistan boğlulardı, məğlub olardı. İran İslam adı altında erməniləri müdafiə edir. İran-İraq müharibəsində İranı Azərbaycan türkləri qormuşdular. Azərbaycan türklərinin yarım milyona qədər əsgəri müharibədə şəhid olmuşdu. Bu müharibədə ermənilərdən heç 5 min şəhid olmamışdı. İranı Azərbaycan türkləri qoruyur, amma səlahiyyət sahibləri ermənilərdir. Ermənilərin ana dilində 35-dən artıq mədərəsəsi var. İki universiteti fəaliyyət göstərir, erməni dilində kitablar, dərsliklər nəşr olunur, "Ararat" klubu fəaliyyət göstərir. Erməni kilsələri açıq şəkildə erməni təxribatçılığı aparır. Ermənistanın qara kilsəsi dövlət səviyyəsində təmir olunub və qorunur. Ermənilər ilboyu ora ziyaratə gəlirlər. Əslində, isə bu ziyarət deyil, Güney Azərbaycana qarşı müəyyən məkr və hiylədir. Yeni planların həyata keçirlmə məkanıdır. Mollla rejimi Azərbaycanın Muğan torpağında ermənilər üçün yeni qəsəbələr tikir və onlara torpaqlar verir. Ermənistanla İranın Azərbaycana qarşı yeritdiyi siyasət arasında heç bir fərq yoxdur. Onların hər ikisi türkün düşmənidir. Biri Güney Azərbaycanı işğal edib, digəri isə Rusiyanın köməyi ilə Azərbaycanın bir sıra ərazilərində Ermənistan dövləti qurub. -Bu günlərdə bir qrup Guney Azərbaycan ziyalısı Azərbaycanda oldu. Bir sıra görüşlər keçirildi. İştirakçısı olduğunuz görüşlərlə bağlı təəssüratlarınız necə oldu? -DAK-ın təşəbbüsü ilə bir sıra Guney Azərbaycan yazçıları, şairləri, ziyalıları Bakıda oldular. Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşdə fikir mübadiləsi apardıq. Onlarla mənim müəyyən fikir ixtilaflarım oldu. Mənim mövqeyim onlardan fərqlidir. Dünyanın müxtəlif ölkələrində olan Azərbaycan ziyalısı Güney Azərbaycan haqqında öz fikrini açıq şəkildə deyə bilmir. Onlarda cəsarət yox dərəcəsindədir. Əgər dövlətdən qorxursansa, o zaman evindən kənara çıxma. Gərək nicat yolunda özünü fəda edəsən, mübarizə aparasan. Qorxaq xalq acizləşər, miskinləşər və öz xoşbəxtlyini qoruya bilməz. Güneydən gələn yazarlardan bəziləri fars dilində yazdıqlarını dedilər. Mən də onlara dedim ki, fars dilində yazmaqdansa, yazmamaq daha yaxşıdır. Bir xalq əgər kütləvi şəkildə yad bir dildə əsər yazırsa, bu milli faciədir. Başqa xalqların da içərisində başqa dildə yazanlar mövcud olub. Amma millət kütləvi şəkildə başqa dildə yazırsa, bu çox ziyanlı bir faktdır. Bu ana dilimizə qarşı həqarətdir. Min il ərzində İranın hansı şairi Azərbaycan-türk dilində bir şer, bir beyt yazıbmı? Əlbəttə ki, yazmayıb. Bəs onda necə olur ki, fars şairləri Azərbaycan dilində bir kəlmə əsər yazmaz, şer deməz, amma bizim dədə-babalarımız isə min illər ərzində öz ana dilimizlə yanaşı, fars dilində də şerlər yazıb. Bizim bir sıra şairlərimiz, o cümlədən Qətran Təbrizi, Xaqani, Nizami farsca yazıblar. Nəsimi, Füzuli, Saib Təbrizi iki dildə yazıb-yaradıblar. Hər bir yazar öz ana dilində yazmalıdır. Ana dilində yazmaq öz ana dilinə sevgi nümunəsidir. Doğma dilimizə, xalqımıza, milli-mənəvi dəyrlərimizə ehtiram, sayqıdır. Şəhriyar əsərlərinin əksəriyyətini fars dilində yazıb. Onun fars dilində olan əsərləri Güney Azərbaycan xalqının qəlbində yer tapmayıb və tapmayacaq. Amma onun "Heydər babaya salam" əsəri Güney Azərbaycan xalqının rəmzidir. Onun öz xalqına olan sevgisidir. Əgər Şəhriyar bu əsəri yazmasaydı, Güney Azərbaycanda şair kimi məhşurlaşmazdı. Onun haqqında kütləvi şəkildə müəyyən fikir əmələ gəlməzdi. Füzuli, Qətrandan Şəhriyara kimi bir sıra şairlərimiz farsca yazıblar. Bu, bizim dədə-babalarımzın milli faciəsidir. Qılınc türkün əlindədir, söz, şer və sənət farsın əlində olub. Sonda qılınc sınıb və tarixin arxivində qalıb, amma söz, sənət farsın əlində qalıb. XXl yüzillikdə fars dilində şer yazmaq böyük qəbahət, günahdır. Bir xalqa qarşı hörmətsizlik əlamətidir. Türk qanı olan yazarlar və şairlər öz ana dilini sevməli və öz xalqına ana dilində müraciət etməlidir. Yad bir dildə xalqına müraciət etmək doğru deyil.Aygün

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar