SON XƏBƏRLƏR

İran prezidentinin müşavirinin qızı Almaniyadan sığınacaq istəyib

2021.10.20, 07:36
İran prezidentinin müşavirinin qızı Almaniyadan sığınacaq istəyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 25 yaşlı kinorejissor Nərgiz Kəlhor Almaniyadan siyasi sığınacaq istəyib. Nərgiz İran prezidenti Mahmud Əhmədinejadın müşaviri Mehdi Kəlhorun qızıdır. Mahmud Əhmədinəjadın müşaviri Mehdi Kalhorun qızı Nərgiz Kəlhor insan haqlarının qorunmasına həsr olunmuş kinofestivalına qatılanda Nürinberqdə sənədlərini sığınacaq almaq üçün təqdim edib. Müşavir qızı totalitarizmi və işkəncəni ittiham edən filmi ilə festivala qatılıb. İranlı həmkarı Maxmalbafa verdiyi müsahibədə Kəlhor qeyd edib ki, atası onun Almaniyadan siyasi sığınacaq istəmək niyyətindən tamamilə xəbərsiz olub. Nərgizin atası Mehdi Kəlhor isə hadisədən sonra İranın İRNA agentliyinə bildirib ki, artıq 1 ildir Nərgizlə və siyasi baxışlarına görə müxaliflik səbəbindən boşadığı anası ilə birlikdə yaşamır. Bunula yanaşı Nərgiz atasının belə mürəkkəb vəziyyətdə ona arxa duracağına ümüdlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar