SON XƏBƏRLƏR

Mehdi Kərrubiyə qarşı məhkəmə işi qaldırılıb

2021.10.20, 07:36
Mehdi Kərrubiyə qarşı məhkəmə işi qaldırılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, prezident seçkilərində məğlub olan Mehdi Kərrubinin seçkilərin nəticələrinə etiraz aksiyaları zamanı həbs edilənlərin bəzilərinin həbsxanalarda zorlamalara və təhqirlərə məruz qaldıqları barədə ittihamlarına qarşı məhkəmə işi qaldırılıb. Məlumata görə məhkəmə işi hüquq mühafizə orqanları tərəfindən qaldırılıb. Müxbirlər Tehran prokuroru Abbas Cəfəri Dolatabadiyə istinadən dünən xəbər veriblər ki, təhqiqat komitəsi işlə bağlı əldə edilən məlumatı prokurorluğa təqdim edib. Cənab Dolatabadi eləcədə bildirmişdir ki, İran ruhanisi kimi Mehdi Kərrubi qadın və yeniyetmə oğlanlara qarşı zorlamalarla bağlı məktubunu dini ruhani lider Əkbər Haşemi Rəfsəncaniyə göndərdiyi üçün onun işinə xüsusi məhkəmədə baxılacaq. Cənab Kərrubinin bu ittihamlarını İrandakı sərt-xətt tərəfdarları və parlament spikeri qəzəblə qarşılamışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar