SON XƏBƏRLƏR

"Bayden İrana qarşı yeni neft sanksiyalarını icra etməyəcək"- Blumberq

2024.04.23, 12:02
"Bayden İrana qarşı yeni neft sanksiyalarını icra etməyəcək"- Blumberq

Blumberq xəbər agentliyi İranın xam neftinin satışı əleyhinə sanksiyaları artıran yeni qanunların qərara alındığına toxunaraq bu qanunların Bayden tərəfindən tezliklə və tam tətbiq olunmayacağını yazıb. 

Gunaz.tv

“Gəmiçilik Qanunu” ABŞ Nümayəndələr Palatası tərəfindən Ukrayna, İsrail və Tayvana yardımlar layihəsinə artırılmaqla qərara alınıb. 

Qanuna əsasən ABŞ dövləti İran neftini daşyan və yaxud emal edən dəniz limanları və neftayırma zavodlarına sanksiya tətbiq edəcək.  

Agentliyin yazdığına istinadən Co Bayden Senatdan Nümayəndələr Palatasının ratifikasiya etdiyi qərarın tez bir zamanda təsdiqlənməsini və imzalanmaq üçün Ağ Evə göndərilməsini tələb edib.

Lakin neft sahəsində analitiklərin fikrincə Bayden ABŞ-da xam neft və benzinin qiymətini artıra biləcək hər hansı bir hərəkəti etməkdən çəkinir. 

Blumberq həmçinin bildirib ki, bu vəziyyət Rusiyanın Ukraynaya həmləsindən sonra Bayden iqtidarının  tuş gəldiyi vəziyyətə oxşayır. 

Belə ki, Ağ Ev Rusiyanın əleyhinə neft və sair sahələrdə sanksiyalar tətbiq etsə də Moskvanın gəlirlərinin azaldılmasına cəhdlə yanaşı, eyni zamanda bu ölkənin neft ixracatının davam etməsinə icazə verib. 

Bunda məqsəd isə dünya üzrə neft təklifinin azalması və inflyasiyanın güclənməsinin qarşısını almaq olub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar