SON XƏBƏRLƏR

Tehranda sosial media fəalları həbs edildi

2024.04.23, 14:14
Tehranda sosial media fəalları həbs edildi

İranın paytaxtı Tehran şəhərində 21 sosial media fəalı, on minlərlə üzvü olan kanalların adiminləri həbs edilib.

Gunaz.tv

Bu barədə Tehranın qərb bölgəsinin polis rəisi Kiyumərs Əzizi məlumat verib. 

Onun dediyinə görə, sosial media fəallarının idarə etdikləri 21 səhifəsinin fəaliyyət dayandırılıb.

Kiyumərs Əzizi, bağlanılan sosial media səhifələrini qaydalara zidd fəaliyyət göstərməkdə ittiham edib.

Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, aprelin 19-da İsrailin İrana hava zərbələri endirməsi ilə bağlı paylaşım edən onlarla sosial media fəalı həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar