SON XƏBƏRLƏR

İran birjasında tətil edildi, futbol yarışları dayandırıldı

2024.05.20, 10:45
İran birjasında tətil edildi, futbol yarışları dayandırıldı

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması xəbərinin təsdiqlənməsindən sonra ölkə birjasının fəaliyyəti dayandırılıb.

Gunaz.tv

Bu barədə Qiymətli Kağızlar və Birjalar Təşkilatının İdarə Heyətinin üzvü Rza Eyvazlı məlumat verib.

"Birja bu gün bağlıdır. Yaxın bir neçə gün ərzində fəaliyyətinin bərpası ilə bağlı məlumat veriləcək", - o bildirib.

Bununla yanaşı Premyer Futbol Liqasının 28-ci həftəsinin oyunları ləğv edilib,  ölkə parlamenti də açıq iclaslarını dayandırıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar