SON XƏBƏRLƏR

Rəisinin ölümü fələstinliləri maraqlandırmır

2024.05.21, 13:16
Rəisinin ölümü fələstinliləri maraqlandırmır

O, heç vaxt bizi dəstəkləməyib, verdiyi vədlərə əməl etməyib, atəşkəsə çağırmayıb və yanımızda olmayıb.

Gunaz.tv

Bu sözləri Qəzzanın Deyr əl-Bələh bölgəsindən olan media fəalı Naci Xəzir AFP-yə (Fransa xəbər agentliyi) İbrahim Rəisinin ölümü ilə bağlı müsahibəsində deyib.

“Onun bizimlə heç bir əlaqəsi yoxdur”.

Başqa fəal Bilal Xidri isə bildirib ki, Rəisi hakimiyyətdə olduğu müddətdə Qəzzaya ancaq iztirab və dağıntı gətirib:

“Rəisinin bizim üçün - Qəzza üçün heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, İranın dəstəklədiyi HƏMAS qruplaşması İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı versə də, fələstinlilər hadisəyə laqeyd yanaşıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar