SON XƏBƏRLƏR

İranlılar BMT qarşısında etiraz aksiyası keçirdi - Rəisinin anım mərasimi ləğv edilsin

2024.05.27, 15:29
İranlılar BMT qarşısında etiraz aksiyası keçirdi - Rəisinin anım mərasimi ləğv edilsin

ABŞ-da yaşayan bir qrup iranlı, bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyinin ofisi qarşısına toplaşaraq İbrahim Rəisi üçün mərasimin keçirilməsinə etiraz ediblər.

Gunaz.tv

Bu barədə xarici media məlumat yayıb.

Etirazçılar BMT-nin 79-cu Baş Assambleyasında İbrahim Rəisinin anım mərasiminin keçirilməsi ilə bağlı qərarın ləğv edilməsini tələb ediblər.

Onlar bu mərasimin keçirilməsini İbrahim Rəisinin də üzv olduğu "Ölüm Komitəsi"nin qərarı ilə edam edilən 30 min siyasi məhbusa hörmətsizlik olduğunu deyiblər.

Qeyd edək ki, mayın 30-da BMT-nin mənzil qərargahında mayın 19-da helikopter qəzasında həlakolan İbrahim Rəisinin anım günü keçiriləcək.

Bundan əvvəl Londoda Rəisinin həlak olması münasibətilə keçirilməsi planlaşdırılan yas anım mərasimi genişlənən etirazlar səbəbindən ləv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar