SON XƏBƏRLƏR

Helikopter qəzasından sağ çıxan yeganə şəxsin fotosu yayıldı

2024.05.28, 13:59
Helikopter qəzasından sağ çıxan yeganə şəxsin fotosu yayıldı

Mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğramasından sonra cangüdənin sağ olduğunu sübut edən fotosu yayılıb.

Gunaz.tv

O, Məşhəddə İmam Rzanın ziyarətgahında iştirak etdiyi yas mərasimində görüntülənib.

İbrahim Rəisinin cangüdəni SEPAH-ın "Əlmehdi" Xüsusi Qüvvələrinin zabiti olan Cavad Mehrabinin adı və şəkli bundan əvvəl helikopter qəzasında həlak olan 9 nəfərin siyahısına salınmışdı.

Xatırladaq ki, qəzaya uğrayan helikopterlə bağlı yayılan və uzaqdan çəkilmiş ilk video və fotolarda qəza yerində bir şəxsin olduğu görünürdü.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar