SON XƏBƏRLƏR

Lavrov: SSRİ dağıldıqdan sonra NATO-nun buraxılmaması səhv idi

2024.05.29, 14:18
Lavrov: SSRİ dağıldıqdan sonra NATO-nun buraxılmaması səhv idi

Bir çox analitiklər hesab edir ki, SSRİ-nin dağılmasından və Varşava Müqaviləsi bitdikdən sonra NATO bloku buraxılmalı idi.

Gunaz.tv

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli mövzusunda xarici diplomatik missiyaların rəhbərləri ilə görüşündə deyib.

“Bu gün Qərbdə bir çox tarixçilər, politoloqlar, ekspertlər, ilk növbədə, həmkarlarının son illər, bəlkə də onilliklər ərzində danışdıqlarını təkrarlayırlar. Deyirlər ki, Varşava Müqaviləsi buraxıldıqda, Sovet İttifaqı Avropa və ABŞ ilə, bütövlükdə Qərblə birləşmək üçün açılanda bərabərlik prinsipi, qarşılıqlı fayda, qarşılıqlı hörmət əsasında, heç kim NATO-nu buraxmağa başlamadı. Çoxları bunu səhv hesab edir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, dünən məşhur amerikalı iqtisadçı və politoloq Cefri Saks Taker Karlsona müsahibə verərkən həmin tarixi səhvi bir daha xatırladıb.

"Bu edilmədi, amma indi əminliklə deyə bilərik ki, bu qərarın səbəbi ABŞ-nin NATO-nu Avropa üzərində nəzarət aləti kimi saxlamaq istəyi olub", - XİN başçısı vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar