SON XƏBƏRLƏR

Belousov: KTMT zonasında ən gərgin vəziyyət Şərqi Avropa cinahında formalaşıb

2024.05.31, 12:20
Belousov: KTMT zonasında ən gərgin vəziyyət Şərqi Avropa cinahında formalaşıb

NATO-nun döyüş potensialının artması ilə əlaqədar KTMT zonasında ən gərgin vəziyyət Şərqi Avropa cinahında formalaşıb.

Gunaz.tv

Bunu Rusiya müdafiə naziri Andrey Belousov KTMT Müdafiə Nazirləri Şurasının iclasında bildirib.

O qeyd edib ki, NATO və Avropa İttifaqı Rusiya ilə qarşıdurma kursu ilə Gürcüstanda və Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin artmasına səbəb olur.

"Qərb ölkələri məqsədyönlü şəkildə KTMT ölkələri arasında müttəfiqlik münasibətlərini pozmağa və təşkilatın fəaliyyətini gözdən salmağa çalışırlar. KTMT-nin perimetri boyu artan hərbi təhdidlər kollektiv təhlükəsizlik sisteminə daxil olan qüvvə və vasitələrin təkmilləşdirilməsini tələb edir", deyə Rusiya MN başçısı vurğulayıb.

Belousov kollektiv təhlükəsizlik qüvvələri və vasitələrinin tətbiqi ilə bağlı qərarların qəbulu və həyata keçirilməsi üçün KTMT-nin alqoritmlərinin praktikada işlənib hazırlanmasını təklif edib. Onun sözlərinə görə, Rusiya Federasiyası müasir şəraitdə döyüş əməliyyatlarının aparılmasında qabaqcıl təcrübə toplayıb və KTMT qoşunlarının təlimini praktikada həyata keçirməyə hazırdır.

Rusiya MN başçısı əlavə edib ki, Əfqanıstanda çoxsaylı radikal qruplar möhkəmlənib və terrorun ölkə hüdudlarından kənarda yayılma ehtimalı artır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar