SON XƏBƏRLƏR

Təbriz və Tehranda milli fəallar həbs edilib

2024.06.02, 13:13
Təbriz və Tehranda milli fəallar həbs edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları Tehran və Təbriz şəhərlərində 3 milli fəalı həbs edərək naməlum yerə aparıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Təbrizdə "Traxtur" komandasının tanınmış azarkeş liderlərindən olan Taib Lütfi özünün iş yerində həbs edilib.

Əslən Xudafərindən olan və Tehranda yaşayan Məhəmməd Əbdi isə şəxsi mənzilində saxlanılıb, evində axtarış aparılıb.

Təhlükəsizlik məmurları əslən Şərqi Azərbaycanın Sərəskənd şəhərindən olan və Tehranın Baharistan şəhərində yaşayan teatr aktyoru və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) evinə basqın edib onu həbs ediblər.

Onların həbs səbəbi və harada saxlanıldıqları barədə məlumat əldə etmək mümkün olmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar