SON XƏBƏRLƏR

Səfir: Rusiyanın əməlləri nəticəsində Ukraynaya 500 milyard dollardan çox ziyan dəyib

2024.06.03, 11:44
Səfir: Rusiyanın əməlləri nəticəsində Ukraynaya 500 milyard dollardan çox ziyan dəyib

Dünya ictimaiyyəti Rusiyanı sülhə və BMT-nin qətnamələrini icra etməyə məcbur etməlidir.

Gunaz.tv

Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev səfirlikdəki brifinqdə bildirib.

O deyib ki, İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını indiyədək 106 ölkə təsdiqləyib:

"Biz öz tərəfdaşlarımızla dayanıqlı sülhün təminatı yollarını müzakirə edəcəyik. Eyni zamanda burada nüvə silahından istifadənin yolverilməzliyi, dəniz resurslarından istifadə, qanunsuz həbs olunan, deportasiya edilən Ukrayna vətəndaşlarının qaytarılması, eləcə də sülhün BMT qətnamələrinin icrası müzakirə ediləcək. Rusiyanın hərbi aqressiyası 2014-cü ildən başlayıb. Bu dövrdə 3404 nəfər öldürülüb, 300 min nəfərdən çox insan yaralanıb. Bu günə olan məlumata görə, Rusiya silahlı qüvvələrinin əməlləri nəticəsində ölkəyə 500 milyard dollardan çox ziyan dəyib. Eyni zamanda 163 min kv.km ərazimiz işğal olunub".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar