SON XƏBƏRLƏR

Milli fəalların məhkəmə iclası keçirilib

2024.06.03, 13:23
Milli fəalların məhkəmə iclası keçirilib

Bu gün Təbrizdə yaşayan milli fəallar Calal Dehqani və Həmid Purvəlinin məhkəmə iclası keçirilib.

Gunaz.tv

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, hər iki fəalın məhkəməsi Təbriz şəhərinin Cinayət Məhkəməsinin 108-ci bölməsində baş tutub.

Milli fəallar barələrində irəli sürülən "Qanunsuz aksiyada iştirak etməklə ictimai asayişi pozmaq" ittihamına görə müdafiə mətnlərini təqdim ediblər.

Qeyd edək ki, milli fəallar bundan əvvəl 16 iyul 2022-ci ildə Təbrizdə Urmu gölünün qurudulmasına qarşı keçirilən aksiyada həbs ediliblər.

Təbriz həbsxanasına köçürülən Həmid Purvəli və Calal Dehqani 18 iyul tarixində girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar