SON XƏBƏRLƏR

Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb

2024.06.03, 15:09
Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb

Ukraynanın ordu birləşmələri hava zərbələri nəticəsində Rusiya ordusuna məxsus “Kasta-2Е2” radiolokasiya qurğusunu sıradan çıxarıb.

Gunaz.tv

Bu barədə adı ordunun Xüsusi Əməliyyatlar Qrupunun teleqram kanalında məlumat verilib.

Kanal həmçinin həmin əməliyyatın kadrlarını da yayıb.

Bununla yanaşı, sutka boyunca davam edən hərbi əməliyyatlar nəticəsində Xarkovda 240 millimetrlik 2C4 “Tülpan” ağır artilleriya qurğusu da yararsız hala salınıb.

Qeyd edək ki, Rusiyanın hərbi arsenalındakı analoqları arasında ən müasiri hesab olunan “Kasta-2Е2” qurğusu Ukrayna ərazisində 2021-ci ildən istifadə olunmağa başlayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar